Bazar, 18 Yanvar 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Pi gününü saat neçədə qeyd etmək lazımdır?

14 Mart 2019
A A
Pi gününü saat neçədə qeyd etmək lazımdır?

Pi ədədinin hesablanması. İllüstrasiya: ZME science

14 mart beynəlxalq “Pi” günü kimi qeyd edilir. Bu gün ilk dəfə 1988-ci ildə San-Fransiskoda Eksploratorium elmi-kütləvi muzeyində qeyd edilib. Qərar verilib ki, Pi günü saat 01:59-da qeyd edilsin.

Pi ədədi haqqında ən maraqlı məlumatları toplamışıq:

Pi-nin kəşfi

Pi ədəninin kim tərəfindən və necə tapıldığı dəqiq bilinmir. Bunun səbəbi isə Pi ədədinin fərqli dövrlərdə fərqli millətlər tərəfindən istifadə edilməsidir. Babillərdən başlayaraq, Orta Şərq, Aralıq dənizi sahillərində yaşayanlar Pi ədədindən xəbərdar olublar. Fərqli mədəniyyətlər bu ədəd üçün müxtəlif saylar istifadə ediblər.

Pi ədədinin müxtəlif hesablamaları

Pi ədədinin hesablanması. İllüstrasiya: ZME science
  • Arximed Pi-ni 3.1/7 ilə 3.10/71 arasında bir ədəd olaraq hesablayıb.
  • Misirlilər 3.1605
  • Babillilər 3.1/8
  • Ptolemey 3.14166
  • İtalyan Lazzarini 3.1415929
  • Fibonaççi 3.141818 rəqəmini əldə edib.
  • Fabris Bellard 2010-cu ildə Çudnovski alqoritmi ilə Pi ədədinin 2.699.999.990.000 pilləlisini tapıb.

Pi simvolu

Simvolu Yunan əlifbasının 16-cı hərfidir. Bu hərf eyni zamanda yunanca dairə mənasına gələn “perimetier” sözünün də ilk hərfidir. İsveçrəli riyaziyyatçı Leonard Eyler 1737-ci ildə dərc etdiyi məqaləsində dairənin uzunluğunun diametrinə nisbətindən danışanda, bu simvoldan istifadə edib. Leonard Eylerdən sonra gələn bütün riyaziyyatçılar bu simvolu mənimsəyərək, istifadə etməyə başlayıblar.

Pi-nin neçə pilləsini bilirsiniz?

Pi rəqəmlərini yadda saxlamaq bir çox insan üçün hobbidir. Bunla bağlı rekord Pi-nin ilk 67 890 rəqəmini yadda saxlamağı bacaran Lu Çao adlı çinliyə məxsusdur. Lu Çaonun Dünya Rekordu üçün bütün bu rəqəmləri əzbərdən deməsi 24 saat 4 dəqiqə vaxt aparıb. 2006-cı ildə Akira Haraquti adlı yapon Pi-nin 100 000 rəqəmini əzbərlədiyini desə də, bu, rəsmi olaraq təsdiqlənmədiyi üçün rekord kimi qeydə alınmayıb.

Ədəbiyyatda Pi

Şeirlərdəki Pi ədədi haqqında. İllüstrasiya: barnesandnoble.com

Pi ədəbiyyata da daxil olub. Bu ədədlə məhdudlaşmış üsulla şeir və ya mətn yazan müəlliflər var. Hətta bunun üçün xüsusi ifadə (pilish) də var. “Pilish” poeziyada ardıcıl gələn hər sözdəki hərf sayının Pi ədədindəki sıraya uyğun olması deməkdir. Qorxu janrındakı hekayələri ilə məşhur olan Edqar Allan Ponun bu cür şeirləri də var. Ən uzun “pilish” mətni də elə onun yazdığı “Not a wake” kitabıdır. Bu kitabdakı mətnlər Pi-nin ilk 10 000 rəqəminə uyğunlaşdırılıb.

Pi haqqındakı bütün məlumatlar Pi-nin içindədir

Tamamilə təsadüfi xüsusiyyətli olduğunu nəzərə alsaq, Pi kifayət qədər uzunluqda yazılsa, hər bir rəqəm sırasını Pi-nin tərkibində tapa bilərsiniz. Yəni, ad gününüzü, telefon nömrələrinizi, ya da təsadüfi yazacağınız hər hansı bir ədəd Pi-də var. Hərfləri rəqəmlərə çevirərək kod əldə etsək, hər hansı şəxsin və ya qurumun adını, hətta “Səfillər” qalınlığında bir kitabı da Pi-də tapmaq mümkündür.

Pi = Pie?

Pi və “pie”. İllüstrasiya: timeanddate.com

Pi ilə tort, piroq sözünün ingiliscə qarşılığı olan “Pie”ın oxunuşu eyni olduğu üçün xarici ölkələrdə onların arasında qəribə bağ yaranıb. Pi günü hesab edilən 14 martda xüsusi Pi piroqları hazırlanır və süfrələrə düzülür.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia