Yeni Zelandiyanın iki məscidinə cümə namazı vaxtı silahlı hücum təşkil olunub.
Euronews yazır ki, hadisə Kraystçörç şəhərinin Hagley Park qəsəbəsində baş verib.
Hücum nəticəsində 40 nəfərin həlak olduğu bildirilir. Yaralıların sayı isə dəqiq məlum deyil.
Yeni Zelandiya Baş naziri Casinda Ardern 40 nəfərin öldüyünü təsdiqləyib, 20-dən çox adamın ağır yaralandığını deyib.
Hadisənin dini düşmənçilik zəminində baş verdiyi güman edilir. 4 kişi ilə 1 qadın şübhəli qismində saxlanılıb. Saxlanılanlardan birinin Avstraliya vətəndaşı olduğu aşkarlanıb.
Yeni Zelandiyada bütün dövlət idarələri və məktəblər bağlanıb.