Bazar, 18 Yanvar 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Ruhulla Axundzadə və oğlu aclıq aksiyası keçirir

19 Mart 2019
A A
Ruhulla Axundzadə və oğlu aclıq aksiyası keçirir

Ruhulla Axundzadə. Foto: Facebook

İslam Partiyası Astara rayon təşkilatının sədri Ruhulla Axundzadə saxlandığı 15 saylı Cəzaçəkmə Müəssisəsində aclıq aksiyasına başlayıb.

Bu barədə Siyasi Məhbusların Monitorinq Mərkəzinin rəhbəri Oqtay Gülalıyev Facebook səhifəsində məlumat yayıb.

Onun sözlərinə görə, R. Axundzadə “kars”a (cərimə təcridxanası) salınmasına etiraz əlaməti olaraq bu addımı atıb. Onun həbsdə olan oğlu Məhəmmədəli Axundzadə də atasına dəstək olmaq məqsədilə martın 19-dan aclıq aksiyasına başlayacağını bildirib.

Hüquq müdafiəçisi bildirib ki, Axundzadənin səhhətində ciddi problemlər var. O, hər gün dərmanlar qəbul edir. Onun “kars”da saxlanması və aclıq aksiyası keçirməsi həyatı üçün təhlükəlidir.

Penitensiar Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov isə “Amerikanın Səsi”nə bildirib ki, Ruhulla Axundzadə və oğlu aclıq edəcəkləri ilə bağlı rəsmi müraciət etməyiblər.

Nə baş verib: R. Axundzadə 2011-ci ilin yanvarında həbs edilib. Respublika Prokurorluğunun yaydığı məlumata görə, onun yaşadığı evin həyətindəki saxlanc yerindən 4 avtomat, 9 əl qumbarası və digər silahlar aşkar edilərək götürülüb. Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ruhulla Axundzadə 11 il yarım azadlıqdan məhrum edilib. Oğlu Məhəmmədəli Axundzadə isə 2016-ci ilin aprelində narkotik ittihamı ilə həbs olunub və 5 il azadlıqdan məhrum edilib.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia