Dünən “Diqlas” ticarət mərkəzində baş verən yanğınla bağlı Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma – ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.
Nə baş verib: Martın 26-da paytaxtın Nizami rayonu ərazisindəki “Diqlas” ticarət mərkəzində güclü yanğın olub. Yanğın zamanı 11 nəfər xəsarət alıb. Sahibkarlara çox ciddi maddi ziyan dəyib.