Bruney sultanı Hassanal Bolkiah. Foto: Dean Kassim / AFP

Asiyanın kiçik krallığı Bruneydə bundan sonra homoseksuallar və zina ilə məşğul olanlar daşlanaraq öldürülmə cəzasına məhkum ediləcək.

CNN yazır ki, bu barədə yeni qanun 3 apreldə qüvvəyə minəcək.

Qanuna görə edam bir qrup müsəlmanın şahidliyi ilə baş tutacaq.

Bruney necə idarə edilir: Ölkə 2014-cü ildən bəri şəriət qanunları ilə idarə edilir. İllər keçdikcə qanunlara əlavə olunan qəddar müddəaların da sayı artır. Məsələn, 2018-ci ilin dekabrında ictimaiyyətə elan etmədən, səssiz şəkildə ölkənin baş prokurorluğunun saytında yerləşdirilən yeni qanunda oğruların əllərinin kəsilməsi və dindən dönənlərin edam olunması nəzərdə tutulub. Bundan sonra insan haqqlarının müdafiəsi ilə məşğul olan təşkilatlar məsələyə sərt reaksiya verib. Buna baxmayaraq Burney krallığı getdikcə şəriətin ən sərt qanunları ilə idarə olunan ölkəyə çevrilir.

  • Neftlə zəngin bu kiçik krallıqda hazırda 450 min nəfər yaşayır