Çərşənbə axşamı, 12 May 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

“Diqlas”dan əvvəl hansı yanğınlarda vətəndaşlar FHN-dən narazı qalıb? Xatırladırıq!

28 Mart 2019
A A
“Diqlas”dan əvvəl hansı yanğınlarda vətəndaşlar FHN-dən narazı qalıb? Xatırladırıq!

Azadlıq prospektindəki yaşayış binasında baş verən yanğın. Foto: Orxan Aslanov

Bakının Nizami rayonu, Qara Qarayev prospektinin “8-ci kilometr” adlanan ərazisində yerləşən “Diqlas” Ticarət Mərkəzində yanğın baş verib. Rəsmi məlumata görə, dönərxanadan başlayan yanğın əvvəlcə paltar mağazasını, daha sonra bütün binanı bürüyüb, yaxınlıqdakı ticarət obyektlərinə də keçib və nəticədə 12 nəfər xəsarət alıb.

Saatlarla davam edən yanğını söndürmək üçün Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri, Mülki müdafiə qoşunlarının şəxsi heyəti və Aviasiya dəstəsinin 3 ədəd helikopteri cəlb edilsə də yanğının qarşısı alına bilməyib və bina yararsız hala düşüb.

Daha əvvəl baş verən yanğın hadisələrində olduğu kimi bu hadisə zamanı da həm şahidlər, həm sahibkarlar həm də sosial şəbəkə istifadəçiləri yanğını söndürmək üçün lazımi tədbirlərin görülmədiyini iddia etdilər.

  • Ticarət mərkəzlərində hər mərtəbədə yanğın söndürən şlanqlar və ya ən azı 10-a yaxın yanğınsöndürən balon olmasının vacibliyi,

  • hadisə yerinə cəlb edilən yanğınsöndürən maşınlarda su olmamağı,

  • helikopterin əsasən üstü açıq ərazilərdəki yanğınların söndürülməsində istifadə edildiyi kimi fikirlər səslənib.

Bu, ilk belə hadisə deyil. Son bir neçə ildə Azərbaycanda bir çox yanğın olub ki, onun söndürülməsi vaxt aldığından dəyən ziyan artıb, hətta bəzilərində insan itkisi də olub.

Mikroskop Media son illərin ən böyük yanğın hadisələrini xatırladır.

Azadlıq prospektindəki yaşayış binasında baş verən yanğın. Foto: Orxan Aslanov

Binəqədi. Yanan bina.

2015-ci il mayın 19-da 16 mərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində uşaqlar da daxil olmaqla 15 nəfər ölüb, 64 nəfər yaralanıb. Hadisə Bakının Binəqədi rayonunda səhər saatlarında baş verib. Yanğının başlamasına və bir neçə dəqiqədə bütün binanı bürüməsinə səbəb kimi binanın üzərinə çəkilmiş penoplas üzlüklər göstərilib.

“Günəşli” yanğını

2016-cı il dekabrın 4-də “Günəşli” neft yatağında güclü yanğın olub. Hadisə “Günəşli” neft yatağının 10 saylı dərin dəniz özülündə baş verib. Nəticədə 15 neftçi dünyasını dəyişib, 18 nəfər isə itkin düşüb. 6 dekabr matəm günü elan olunub.

Narkoloji dispanser

2018-ci il mart ayının 2-si, saat 06:10-da Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzinin birmərtəbəli korpusunda yanğın baş verib. Hadisə zamanı korpusda olan 55 nəfərdən 30-u xilas edilib, 25 nəfərin isə meyiti aşkar olunub və ölənlərin hamısı orada müalicə alanlar olub. İlkin olaraq yanğının binanın elektrik şəbəkəsində yaranmış nasazlıq səbəbindən baş verdiyi bildirilib. Daha sonra isə yanğını mərkəzin pasiyenti, Bakı şəhər sakini Məhəmməd Məmmədovun intihar məqsədilə törətdiyi açıqlanıb.

  • Hadisə ilə bağlı yayılan məlumatlarda deyilib ki, binanın pəncərələrində dəmir barmaqlıqlar olub və otaqların qapısı bağlı olduğundan ölənlərin sayı daha çox olub.

Bütün ölkəni işıqsız qoyan yanğın – Mingəçevir İES

3 iyul 2018-ci ildə ölkənin Mingəçevir şəhərindəki ən böyük elektrik stansiyası Azərbaycan İES-in 1-ci və 6-cı enerji blokunda yanğınla müşahidə olunan partlayış baş verib. FHN-nin Mingəçevir və ətraf rayonlardan olan yanğından mühafizə hissələri hadisə yerinə gəlib.

Partlayış bütün ölkənin enerji təchizatında ciddi problem yaradıb və səbəbinin də həddindən artıq yüklənmə olduğu açıqlanıb. Nəticədə paytaxt Bakı da daxil olmaqla respublikanın müxtəlif bölgələrində elektrik enerjisinin verilməsi dayandırıldı.

Hadisədən sonra Etibar Pirverdiyev “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) prezidenti vəzifəsindən azad edildi.

Yataqxanalardakı yanğınlar

2018-ci ilin noyabrın 13-də Binəqədi rayonu, Rəsulzadə küçəsindəki binada qısaqapanmadan başlayan yanğın evləri yararsız hala salıb. Əvvəllər sanatoriya olan, sonradan isə məcburi köçkünlərin məskunlaşdığı yataqxanada 103 ailə yanğından sonra Binəqədi Rayon İcra Hakimiyyətinin təşkil etdiyi çadırlara sığınıb.
Daha sonra kirayəyə çıxmaları üçün hər ailəyə 300 manat pul yardımı edilib. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanğın nəticəsində müvəqqəti yaşayış yerindən məhrum olan 46 ailəni kirayə mənzillərdə yerləşdirməyi qərara alıb.

Qısaqapanmandan yaranan daha bir yanğın

Martın 6-sı Nərimanov rayonunda, Malik Məmmədov 12 ünvanında Ağdam rayonundan olan məcburi köçkünlərinin məskunlaşdığı yataqxananın 3-cü mərtəbəsində yanğın baş verib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin balansında olan binadakı yanğın zamanı 6 nəfər tüstüdən boğulmaq təhlükəsi ilə üzləşib və yanıq xəsarəti alıb. 2 nəfər – Surxay Əliyev və Elza Əliyeva isə ölü tapılıb. İlkin ehtimala görə, hadisəyə binanın elektrik xətlərindəki qısaqapanma səbəb olub.

YAP rəsmisinin qəsdən törədildiyini ehtimal etdiyi yanğın

Martın 8-də bu dəfə Yasamal rayonunda məcburi köçkünlərin məskunlaşdığı beşmərtəbəli yataqxana binasının birinci mərtəbəsində yanğın olub. Hadisə zamanı 4 nəfər bina sakini təxliyə olunub, xəsarət alan olmayıb.
Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi Əli Əhmədov ard-arda baş verən iki yanğına belə reaksiya verib:

Araşdırmaq lazımdır ki, burada hər hansı bir yanğın törətmə əməli olub, yoxsa yox? Qısa bir zamanda bir neçə yanğının olması bizdə belə fikirlərin yaranmasına səbəb olur. Ona görə də hüquq-mühafizə orqanları bunun üzərində ciddi işləyirlər.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia