Bakının Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar bu gün prezident İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib.
Prezident yanğın hadisəsinin tam araşdırılıb təkliflərin verilməsi üçün komissiyanın yaradılacağını, operativ olaraq sahibkarlara maddi dəstək göstəriləcəyini deyib:
Bütün ticarət mərkəzlərində ciddi təftiş aparılmalı, təhlükəsizlik tədbirləri gücləndirilməlidir. Dövlət sahibkarların yanındadır və yanğından zərər çəkmiş sahibkarlara operativ qaydada maliyyə dəstəyi göstəriləcək.