1 apreldə üzərində narkotik maddə tapılan “Vüqar Səda” ləqəbli Vüqar Abdullayev inzibati qaydada cəzalandırılıb.
Report yazır ki, Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə ona 30 sutka inzibati həbs cəzası verilib.
V.Abdullayev İnzibati Xətallar Məcəlləsinin 206-cı (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) maddəsini pozmaqda ittiham edilir.
Nə baş verib: Sosial şəbəkələrdə “Vüqar Səda”nın oxuduğu mahnıda narkotikdən istifadə barədə fikirlər olub. Polis onu saxlayıb və üzərində aparılan axtarış zamanı “Belamurkanal” papirosuna doldurulmuş marixuana aşkar edilib.