Ukrayna Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin 1-ci turu üzrə səslərin sayılması prosesini tamamlayıb.
Sputnik yazır ki, komissiyanın yaydığı məlumata görə, şoumen Vladimir Zelenski səslərin 30,24%-ni, hazırkı prezident Pyotr Poroşenko 15,95%-ni, keçmiş baş nazir Yuliya Timoşenko isə 13,4%-ni toplayıb.
Bu nəticəyə əsasən, 21 apreldə seçkilərin 2-ci turunda prezident postu uğrunda mübarizə Pyotr Poroşenko və Vladimir Zelenski arasında olacaq.