Vəkil Elçin Sadıqov dünən keçmiş “heykəl məhbusu” Bayram Məmmədovla görüşüb.
Meydan TV yazır ki, vəkil buna Ombudsman Aparatının müdaxiləsindən sonra nail ola bildiyini deyib.
O, Bayram Məmmədova verilən işgəncələrlə bağlı Baş Prokuror Zakir Qaralova, onun müavini Rustəm Usubova, daxili işlər naziri Ramil Usubova yazılı şikayət edib.
Nə baş verib: Keçmiş heykəl məhbusu B. Məmmədov əfv sərəncamı ilə azadlığa buraxıldıqdan 13 gün sonra yenidən həbs edilib. O, polisin qanuni əmrinə tabe olmamaqda təqsirli bilinib və 30 gün müddətinə inzibati həbs cəzası alıb. Şikayətinin təmin edilmədiyi Bakı Apellyasiya Məhkəməsində Bayram Məmmədov saxlandıqdan sonra işgəncə ilə üzləşdiyini, döyüldüyünü açıqlayıb. Yenidən həbs olunduqdan sonra vəkilinin onunla görüşməsinə icazə verilmirdi.