Cümə, 14 Noyabr 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Tomas Vulfun ədəbiyyat haqqında fikirləri

05 Aprel 2019
A A
Tomas Vulfun ədəbiyyat haqqında fikirləri

Tomas Vulf. Foto: wnchistory.org

Tomas Vulf otuz səkkiz illik qısa ömründə dünya ədəbiyyatını “Evinə göz yetir, mələk” (1929) “Zaman və çay haqqında” (1935), “Ölümdən səhərlərə qədər” (1935), “Dünyanın hörümçək toru” (1939), “Evə dönüş yoxdur” (1940) kimi əsərlərlə zənginləşdirib. Amerika ədəbi mühitində “itirilmiş nəsl”in ən parlaq nümayəndələrindən sayılan T. Vulfun ədəbiyyat haqqında ən maraqlı fikirlərini toplamışıq:

1

Ədəbiyyat, istəsək də, istəməsək də, həyata münasibətdə tənqidi mövqe tutur. Bu, birbaşa, ya da dolayısıyladır və daha çox dramlara aiddir. Əsl ədəbiyyat istəyiriksə, bu zaman sənətkarın istedadı heç bir məhdudiyyət tanımamalıdır. Onu, “qıcıqlandırıcı məsələ” olduğuna görə irqi mövzuda pyeslər yazmaqdan çəkindirmək olmaz. Bununla hesablaşmaq istəmiriksə, onda hələ sənət səviyyəsinə qalxmamışıq, həqiqi ədəbiyyata da layiq deyilik.

2

Köhnə formalardan, köhnə dildən yoruldum. Son üç gündə yetərincə sadə bir şey üzərində düşünürəm – biz daha dərinə getməliyik, dili özünün ilkin, çılpaq şəklində axtarmalıyıq – Konrad da, Coys da buna bəzən nail olur. Bu dil nisbətən sadədir, amma heyrətamiz təəssürat oyadır. Nəsrin binasını daş-daş ucaltmaq lazımdır.

3

Get-gedə daha artıq inanıram ki, böyük yazıçı olmaq üçün sadəlövh olmalısan. Tolstoy barədə oxudum ki, əlinə qəzet almırmış, evdən gedib yeddi il kəndlilərin arasında yaşayıb, altı il də Aleksandr Dümanın romanlarından başqa bir şey oxumayıb. Məhz belə bir adam böyük əsər yaratmağa qadirdir.

4

Zəmanəmizin böyük yazıçılarından biri Bernard Şounu çoxları əməlli-başlı ilahiləşdirirlər ki, guya o, hər şeyi, yaxud demək olar, hər şeyi bilir. Şounun kitabından sezə bildim ki, o, çox güman, Şekspiri oxuyub, amma o qədər də dərindən oxumayıb, əvəzində İbseni çox diqqətlə oxuyub, Karl Marksın ona təsir göstərən əsərlərini, fabianlıların traktatlarını da yaxşı oxuyub.

5

Yəqin ki, ən yaxşı novellaçılar fransızlar, sonra ingilislərdir. Fransız dilinin özü hekayəyə meyillidir. O dil şəffaf, dəqiq, sürətlidir. Dilin sadəliyi fransızların xüsusi diqqət yetirdikləri cəhətlərdəndir.

6

Sənətin az bir qismə, yaxud hamıya ünvanlandığı barədə deyilənlər mənə mənasız görünür. Sənətkara az adamın sevdiyi və oxuduğu və ya hamının sevdiyi və oxuduğuna görə qiymət vermək yanlış düşüncədir. Dikkens və Dostoyevski hamı üçün, Verlen və Stendal isə azlıq üçündür.

Tərcümə edən: N.Əbdülrəhmanlı

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

13 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia