Cümə, 14 Noyabr 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Bayram Məmmədov niyə mütləq xəstəxanaya köçürülməlidir?

07 Aprel 2019
A A
Bayram Məmmədov niyə mütləq xəstəxanaya köçürülməlidir?

Bayram Məmmədov. İllustrasiya: Meydan TV

Hazırda 30 sutkalıq inzibati həbsdə olan Bayram Məmmədovun üzvü olduğu “NİDA” Vətəndaş Hərəkatı onunla bağlı açıqlama yayıb. NİDA gənc fəalın xəstəxanaya köçürülməsini istəyir. Buna səbəb B. Məmmədovun Binəqədidəki İnzibati həbs olunanların saxlanma məntəqəsində sağlamlığında ciddi problemlər yaranmasıdır.

Həmin təcridxanadan çıxan məhbusların verdiyi məlumata görə, Bayram Məmmədovun ağrıları şiddətlənməkdədir. O, başından çoxlu zərbələr alıb, baş gicəllənmələri var və hər axşam qusur…

Bayram Məmmədovun bədənindəki xəsarətlərin təsviri. İnfoqrafika: mikroskop media

Bayram Məmmədov bu həftə vəkili Elçin Sadıqovla görüşündə işgəncəyə məruz qalması barədə izahat yazıb və Baş Prokurorluğun bu faktı araşdırmasını istəyib.

Bayram Məmmədovda qeyd olunan əlamətlər nəyin göstəricisidir? O, niyə xəstəxanaya köçürülməlidir?

BBC Səhiyyə bölməsi başa alınan zədənin təhülkəsini və əlamətlərini izah edir:

Beyin çox asanlıqla zədələnə bilən bir orqandır. Kəllə sümüyü beyini qorusa da bu orqan güclü zərbədən yaralana bilər. Zərbədən dərhal sonra ilk baxışda beynin zədələnməsini müəyyən etmək çətin ola bilər. Bununla bağlı əlamətlər 48 saat ərzində ortaya çıxır. Ona görə də başına zədə alan şəxs nə qədər yüngül zərbə olursa olsun, dərhal həkimə müraciət etməlidir.

Kəllədəki çıxıntılar beyindəki damarları kəsib qanaxmaya da səbəb ola bilər. Bundan başqa beyində də digər bədən üzvlərində olduğu kimi zərbədən sonra göyərti və şiş əmələ gələ bilər. Həmin şiş də kəllə sümüyü ilə sərhədləndiyinə görə bu, beyinə əlavə təzyiq yaradır.

Ekspertlər hesab edir ki, beyin zədələnmələrinin qəti qaydaları yoxdur, ən ziyansız görünən yaralanma belə ölümcül halla nəticələnə bilər.

Sərsəmlik halı, şüurun itirilməsi, müvazinət problemi, qusma, bulanıq görmə, qol və ayaqlarda uyuşma və güclü baş ağrısı ciddi yanaşma tələb edən əlamətlərdir.

Nə baş verib: Martın 19-u prezidentin əfv sərəncamı ilə azadlığa buraxılan gənc fəal Bayram Məmmədov 13 gün sonra yenidən həbs olunub. Polisin qanuni əmrinə tabe olmamaqda təqsirli bilinən keçmiş heykəl məhbusuna 30 gün inzibati həbs cəzası verilib. Bir neçə gün əvvəl baş tutan Apelyasiya məhkəməsində məlum olub ki, o , inzibati həbs olunanların saxlanma məntəqəsində döyülüb, müxtəlif bədən xəsarətləri alıb.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

13 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia