Taylandın məşhur istirahət zonası – Puket adasındakı hava limanında şəkil çəkdirmək qadağan edilib.
Sputnik yazır ki, qadağaya səbəb təhlükəsizliyi təmin etməkdir.
Hava limanı May Khao sahilinə yaxın olduğundan turistlər eniş etməyə hazırlaşan təyyarələrlə selfi çəkdirmək üçün bura axın edir. Bu da pilotların diqqətinin yayınmasına və stress keçirmələrinə səbəb olur. Nəticədə turistlər həm təyyarələrin enişini gecikdirir, həm də təhlükəsizlik problemi yaranır.
Qadağaya əməl etməyənlər cərimələnə, 20 ilə qədər həbs oluna və hətta edam edilə bilər.
Hansı hallarda edam qərarının verilə biləcəyi ilə bağlı detallar açıqlanmayıb.