Bakının Babək prospektində yerləşən “Azərsutikinti” trestinin xəstəxanasında yanğın olub.
Yanğın məcburi köçkünlərin məskunlaşdığı korpusda baş verib. 45 yaşında bir kişi qorxaraq özünü binanın 3-cü mərtəbəsindən aşağı atıb.
Hazırda söndürülən yanğın nəticəsində ümumilikdə 5 şəxs xəsarət alıb.
Report yazır ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (“Qaçqınkom”) sədri Rövşən Rzayev və Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Qərib Məmmədov yanğının baş verdiyi binaya gəlib. Q.Məmmədov deyib ki, yanğın baş verən binadan indiyə qədər 39 ailə köçürülüb, hazırda binada 101 ailə yaşayır.