Şənbə, 15 Noyabr 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

İsraildə iki rəqib özünü seçkinin qalibi elan edib

10 Aprel 2019
A A
İsraildə iki rəqib özünü seçkinin qalibi elan edib

Beni Hans və Binyamin Netanyahu. Collage: timesofisrael.com

İsraildə parlament seçkiləri ilə bağlı “exit-poll”un ilkin nəticələrinə əsasən, seçkini hazırkı baş nazir Binyamin Netanyahu qazanıb.

Euronews yazır ki, ölkənin ən nüfuzlu 3 televiziya kanalı seçkilərdə Netanyahunun partiyası “Likud”un liderlik etdiyi sağ blokun qalib gəldiyini elan edib.

Bildirilir ki, hazırda seçki qutularının 97 faizi açılıb və sağ blok ümumilikdə 120 nəfərlik Knessetdə (İsrail parlamenti) 65-67 millət vəkil ilə yer tuta bilər.

Qələbəsini elan edən Netanyahu “Twitter”də yazıb:

Likud” partiyası başda olmaqla sağ blok aşkar qələbə qazanıb. Mən etimada görə İsrail vətəndaşlarına təşəkkür edirəm. Bu gün axşam bizim tərəfdaşlarla hökuməti yaratmağa başlayacağam

Ancaq “Jersualem Post” seçkidə Netanyahunun ən böyük rəqibi, İsrail Ordusunun sabiq Baş qərargah rəisi Beni Hansın rəhbərlik etdiyi Mavi-Ağ İttifaqının (“Kahol-Lavan”) qalib gələ biləcəyini yazıb. Qəzet bütün seçki qutuları açıldıqdan sonra nəticənin Beni Hansın xeyrinə dəyişilə biləcəyini deyir. Beni Hans da sosial şəbəkədə “Qazandıq” yazıb.

  • İsraildə hökuməti qurmaq üçün parlamentdə ən az 61 millət vəkili ilə təmsil olunmaq lazımdır. Bu dəfəki seçkidə heç bir partiya təklikdə həmin saya yaxınlaşa bilmədiyi üçün İsraili koalisiya hökuməti gözləyir. Seçkilərin rəsmi nəticəsi cümə günü elan olunacaq. Seçki Komissiyasının 17 apreldə nəticələri təsdiqləməsindən sonra prezident Reuven Rivlin partiya liderlərindən birinə koalisiya hökumətinin qurulması barədə göstəriş verəcək.
“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia