Cümə axşamı, 14 May 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Tarixdə ilk dəfə qara dəliyin fotosu çəkilib

10 Aprel 2019
A A
Tarixdə ilk dəfə qara dəliyin fotosu çəkilib

Foto: EHT Collaboration

Alimlər tarixdə ilk dəfə qara dəliyin fotoşəklini çəkməyə nail olublar. Bu gün keçirilən konfransda həmin fotoşəkil təqdim olunub və kosmos, xüsusilə də qara dəliklərlə bağlı elmdə inqilab edə biləcək məlumatlar açıqlanıb.

Bildirilib ki, qara dəliklər o qədər qaranlıq və uzaqdırlar ki, onları birbaşa müşahidə etmək, teleskopla Ayda qoğal görmək qədər çətin bir işdir. Fotoşəkli dünyanın 8 fərqli nöqtəsindəki böyük radio teleskoplarından ibarət Event Horizon Teleskopu (EHT) çəkib.

200 alimin iştirak etdiyi layihədə əsas məqsəd Süd yolu qalaktikasının mərkəzində, Günəşdən 4 milyon dəfə böyük “Sagittarius A” qara dəliyini görüntüləmək olsa da, sonradan hədəf dəyişdirilib.

Fotoşəkildəki qara dəlik bizdən 55 milyon işıq ili uzaqda, “Messier 87” adlı qalaktikanın mərkəzində yerləşir.

İndiyə kimi elm qara dəliklərin maddə və işığın qaça bilməyəcəyi “kosmik tələ” olduğunu deyib. Ancaq fotoşəkildə qara dəliyin ətrafında görünən qaz və tozdan əmələ gəldiyi təxmin edilən sarı işıq elmə məlum olan fizika qaydaları ilə üst-üstə düşmür.

Alimlər bildirirlər ki, əldə olunan fotoşəkilə əsasən qara dəliyin ətrafındakı toz və qaz buldunun və ya qara dəliyin özünün işıq sürəti ilə fırlandığını ehtimal etmək olar. Bəzi alimlər isə hər ikisinin də hərəkət halında olduğunu təxmin edir. Bu hərəkət saat əqrəbi istiqamətində baş verir.

EHT-nin direktoru və Harvard Universitenin elmi işçisi Şeperd Dolemən kəşf haqqında belə deyir:

Görünməz olduğunu düşünürdük, amma gördük. Bir qara dəliyin fotoşəklini çəkdik.

  • Qara dəliklər elmə ilk dəfə Eynşteynin Nisbilik nəzəriyyəsi ilə məlum olub. Ancaq Eynşteyn özü də bu cisimlərin varlığı haqqında şübhədə qalıb. O vaxtdan indiyə kimi alimlər qara dəliklərin varlığı ilə bağlı müxtəlif məlumatlar əldə etsələr də, bunlar əsasən nəzəriyyə hesab edilirdi. İndiyə kimi onu birbaşa müşahidə etmək mümkün olmamışdı.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia