Böyük Britaniyanın Avropa İttifaqından çıxmağını nəzərdə tutan Brexit bu ilin 31 oktyabrına qədər təxirə salınıb.
Bu barədə Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk “Twitter” hesabında yazıb:
Aİ üzvü 27 ölkə və Böyük Britaniya Brexiti 31 oktyabra qədər təxirə salmaqla bağlı razılığa gəlib
Bu halda Böyük Britaniya Avropa Parlamenti seçkilərində iştirak etməli olacaq. Qurumun prezidenti deyib ki, əgər Böyük Britaniya bundan boyun qaçırsa, onda ölkənin üzvlükdən çıxması 2019-cu il 1 iyun tarixində baş tutacaq. Böyük Britaniyanın istədiyi vaxt Brexiti ləğv etmə haqqının olduğu da vurğulanıb.
Nə baş verib: 2016-cı il iyunun 23-də Böyük Britaniya referendumla Aİ-dən ayrılmaq barədə qərar qəbul edib. Bundan sonra 2 illik müzakirə prosesinə start verilib. Aİ ilə əldə olunan Brekzit sazişini ölkə parlamenti 3 dəfə rədd edib