Çərşənbə, 20 May 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

AŞPA 2,9 milyard dollarlıq korrupsiya fəaliyyətinə görə Azərbaycan hakimiyyətinə çağırış edib

12 Aprel 2019
A A
AŞPA Azərbaycanla bağlı korrupsiya hesabatını 123 səslə qəbul etdi

AŞPA-nın iclaslarından biri. Foto: Council of Europe / Candice Imbert

Strasburqda, AŞPA-nın Yaz Sessiyasında “Korrupsiya maşını: mütəşəkkil cinayətkarlığa və çirkli pulların yuyulmasına qarşı beynəlxalq təhlükələrə reaksiya” adlı (2279) qətnamə qəbul edilib.

Turan yazır ki, Avropa Şurasısı əvvəlki, “Azərbaycan landromatı” məruzəsində əks olunan faktlardan narahatdır.
Həmin məruzədə Azərbaycan nümayəndələrinin böyük məbləğdə çirkli pulları yumasından, Avropa xadimlərinin və deputatlarının ələ alınmasından söhbət gedirdi. AŞPA bu məqsədlə Azərbaycandan 2,9 mlrd. dolların çıxarılması faktını diqqətə çatdırıb.

Məruzədə deyilir ki, buna görə məsuliyyəti biznesmenlər, mütəşəkkil cinayətkar qruplar və hökumət daşıyır.

Azərbaycandan pulun böyük hissəsi Danske Bankın Estoniya filialı vasitəsilə daxil olurdu. Pulların əsas alıcısı italiyalı deputat Luka Volonte, habelə belçikalı Alen Deksteş, alman Karl Strents və Eduard Litner və Sloveniyadan Zmaqo Yelinçiça Plemeniti idi.

Məruzədə o da vurğulanır ki, AŞPA-nın bu iddiaların qərəzsiz araşdırılmasına başlamaq barədə çağırışı yer alan 2185 saylı qətnaməsinə (2017-ci il) baxmayaraq Azərbaycan hakimiyyəti heç nə etməyib.

Azərbaycan hakimiyyəti çirkli pulların yuyulması hallarını tam və səmərəli şəkildə araşdırmağa, müvafiq cinayətləri törədənləri məsuliyyətə cəlb etməyə və cəzalandırmağa, müstəqil vətəndaş cəmiyyətinin və KİV-lərin hüquq və azadlıqlarına hörmət etməyə, AŞPA üzvlərinin korrupsiya faktlarını aşkar edən AŞPA-nın 2185 (2017) saylı qətnaməsinə dərhal cavab verməyə çağırılıb.

  • AŞPA oxşar korrupsiya hallarının Moldova və Latviyada da müşahidə olunduğunu deyir.
“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia