Şənbə, 24 Yanvar 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Vətənə xəyanətdə ittiham olunan hərbçi həbsxanada intihara cəhd edib

15 Aprel 2019
A A
Vətənə xəyanətdə ittiham olunan hərbçi həbsxanada intihara cəhd edib

Əsgər Hüseynov İsmayıl İntiqam oğlu. Foto: şəxsi arxiv / facebook

Hüquq müdafiəçisi Oqtay Gülalıyev istintaq zamanı hərbçi İsmayıl Hüseynova işgəncələr verilməsi və onun həbsxanada intihara cəhd etməsi barədə məlumat yayıb.

O, İ.Hüseynovun anasına istinadən yazıb ki, dövlətə xəyanətdə ittiham olunan hərbçi işgəncələrə məruz qalıb:

Onu üç saat ayağından asıblar və başından elektrik cərəyanı keçiriblər. Huşunu itirənə qədər döyüblər, ermənilərə işlədiyini etiraf etməsini tələb edərək digər alçaldıcı hərəkətlər ediblər. Bir əsgər onun yanında ölüb. Ona deyiblər ki, etiraf etməsə, onu da öldürəcəklər. Bu işgəncələr altında onu etiraf etməyə məcbur ediblər və məhkəməyə veriblər. Qapalı keçirilən prosesdə o, dövlətə xəyanətdə təqsirli bilinib

O.Gülalıyevin sözlərinə görə, qardaşı İsmayılın mənəvi və fiziki travmalara dözməyərək və məhkəmənin ədalətsizliyinə etiraz olaraq aprelin 14-də 12 saylı cəzaçəkmə müəssisəsində damarını kəsdiyini deyib:

Onun vəziyyəti ağırdır. Hadisə yerinə Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları gəliblər

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Turan-a verilən məlumatda intihara cəhd xəbəri təkzib edilib.

Lakin məhbusun anası Məhsəti Hüseynova xəbəri təsdiqləyib və deyib ki, oğlu daha öncə də özünü asmaq istəyib, ancaq onu vaxtında xilas ediblər, indi isə damarını kəsib. Onun sözlərinə görə, işgəncələr nəticəsində İ.Hüseynovun daxili orqanları zədələnib və böyrəklərindən əməliyyat olunub.

Nə baş verib: Bir qrup hərbçi 2017- ci ilin may ayında müəmmalı şəkildə öldürülüb, daha sonra hərbçilərin həbsi başlayıb. İsmayıl Hüseynov həmin il, mayın 18-də gecə saat üçdə Gəncədəki evindən Tərtərə aparılıb. O, dövlətə xəyanətdə təqsirli bilinib və 15 il azadlıqdan məhrum edilib.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia