162 saylı orta məktəbdə intihar edən, 8-ci sinif şagirdi Elina Hacıyevanın ölümü ilə bağlı məktəbin direktoru Sevinc Abbasova barədə həbs-qətimkan tədbiri seçilə bilər.
Qafqazinfo yazır ki, dünən S.Abbasova barədə həbs-qətimkan tədbiri seçilməsi üçün prokurorluğun təqdimatına baxılıb.
Səbail rayon məhkəməsinin hakimi Anar Tanrıverdiyev məhkəməni təxirə salıb. Bu gün sabiq direktor barəsində qərar qəbul ediləcək.
Nə baş verib: 162 saylı orta məktəbdə 8-ci sinif şagirdi Elina Hacıyeva intihar edib. Məktəbin direktoru Sevinc Abbasova, tərbiyə işləri üzrə direktorun müavini Lalə Məhərrəmova, və məktəbin psixoloqu Könül Ağayeva işdən kənarlaşdırılıb. S. Abbasova Cinayət Məcəlləsinin 143-cü (Təhlükədə qoyma) və 314.2-ci (Səhlənkarlıq; zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə ittiham olunur.