Çərşənbə, 10 Dekabr 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Banqladeşdə 19 yaşlı qız seksual qısnama barədə polisə xəbər verdiyi üçün yandırılıb

18 Aprel 2019
A A
Banqladeşdə 19 yaşlı qız seksual qısnama barədə polisə xəbər verdiyi üçün yandırılıb

Nusrat Cahan Rafi. Foto: dhakatribune/ Gənc qızın ailə albomundan götürülüb

Banqladeşdə seksual zorakılığa məruz qalan 19 yaşlı Nusrat Cahan Rafi bu barədə polisə şikayət edəndən sonra yandırılıb və xəstəxanada vəfat edib.

BBC yazır ki, Nusrat Cahan ölümündən 2 həftə öncə təhsil aldığı mədrəsənin rəhbərinin seksual qısnamasına məruz qalıb. Bunla bağlı ailəsi ilə birgə polisə şikayət edib. Bunu böyük problem hesab etməyən polis gənc qızı telefonu ilə videoya çəkib və bunu mediaya göndərib.

Nusratın şikayətindən sonra mədrəsənin rəhbəri saxlanılıb, amma 2 oğlan tələbə onun azad edilməsi tələbi ilə aksiya təşkil edib və siyasətçilər də ona dəstək olub.

N.Rafi aprelin 6-da imtahan vermək üçün mədrəsəyə getməli olub və onunla birgə gedən qardaşı Mahmudul Həsən Nomana məktəbə daxil olmağa icazə verilməyib.

Mədrəsənin 5 qız tələbəsi N.Rafini aldadaraq binanın damına aparıb və onun üstünə kerosin tökərək yandırıblar.

Polisin sözlərinə görə, qızlar hadisəni intihar kimi qələmə vermək istəsə də N.Rafinin yaralı halda qaçması planı pozub. O, başına gələnləri təcili yardım maşınında qardaşına danışıb və bununla da hadisənin intihar olmadığını sübut etmək mümkün olub. Bədəninin 80 faizi yanan Nusratı xilas etmək mümkün olmayıb.

Yas mərasimində minlərlə insan iştirak etdikdən sonra polis hadisə ilə əlaqəli olduğundan şübhələndiyi 15 nəfəri həbs edib. N.Rafini videoya çəkən polis işdən çıxarılaraq başqa bir yerə transfer edilib. Ölkənin baş naziri Şeyx Xasina gənc qızın ailəsi ilə görüşüb və onlara bu cinayətdə rolu olan hər kəsin məsuliyyətə cəlb olunacağı barədə söz verib.

N.Rafinin ölümü minlərlə insanın etirazına səbəb olub. Sosial şəbəkələrdə ölkədəki qadınların üzləşdikləri bu cür problemlərə bağlı minlərlə şərh yazılıb.

Hüquq müdafiəçisi və Qadın Hüquqşünaslar Assosiasiyasının keçmiş direktoru Salma Ali deyir ki, Banqladeşdə bir qadın məruz qaldığı seksual qısnama və ya təcavüzlə bağlı ədalət tələb etmək istəyəndə daha çox təzyiqə məruz qalır:

Məhkəmə işi illərlə uzadılır, polislər məsələni araşdırmaqda həvəsli olmur, cinayətkarlar cəzalandırılmır və eyni cinayəti təkrarlamağa davam edirlər

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia