Bazar, 16 Noyabr 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Amnesty International İranı həbs olunan qadın hüquqları müdafiəçilərini azad etməyə çağırıb

19 Aprel 2019
A A
Amnesty International İranı həbs olunan qadın hüquqları müdafiəçilərini azad etməyə çağırıb

İranda həbs edilən qadın hüquq müdafiəçiləri. Foto: amnesty.org

İranda həbs edilən qadın hüquq müdafiəçiləri. Foto: amnesty.org

Beynəlxalq hüquq müdafiə təşkilatı Amnesty International İranda həbsdə olunan qadın hüquqları müdafiəçilərinin azadlığa buraxılmasını tələb edib.

Təşkilatın bəyanatında deyilir ki, İran hakimiyyəti məcburi örtünməyə qarşı dinc etiraz edənlərin həbsini dayandırmalı və hazırda həbsdə olanları dərhal azad etməlidir.

“Amnesty International”ın Yaxın Şərq və Şimali Afrika üzrə direktor müavini Maqdalena Muhrabi deyir ki, hicab taxmadığı üçün qadınları cinayətkar hesab etmək gender əsaslı ayrı-seçkilikdir.

Nə baş verib: Aprelin 10-u İranda qadın hüquqları müdafiəçisi Yasmin Aryani, növbəti gün isə onun harada olduğunu öyrənmək üçün polisə gedən anası Monireh Arabşahi həbs edilib. Hər iki qadının həbs edilməsinə səbəb onların 8 mart Beynəlxalq Qadınlar Günündə metroda hicabsız formada çəkib yaydıqları video olub. Qadınlar sistemə qarşı təbliğat aparmaq və fahişəliyə cəlb etmək də daxil olmaqla bir çox maddədə ittiham olunurlar. Monireh Arabşahiyə təmiz su, qida və dərman verilməyən “Şahr-e Rey” həbsxanasında saxlanıldığı və açıq havaya çıxmasına icazə verilmədiyi bildirilir.

Həbsdə olan digər qadın hüquq müdafiəçisi Vida Movahedi isə “İnqilab küçəsinin qızı” kimi tanınır. O, ilk dəfə 2017-ci ilin dekabr ayında etiraz aksiyası keçirib. İnqilab meydanında hicabını çıxarıb, onu bir çubuğun ucuna keçirərək bayraq kimi yellədib. Axırıncı dəfə onun həbs edilməsinə 29 oktyabr 2018-ci il tarixində yenə eyni meydanda bu dəfə əlində rəngli şarlarla keçirdiyi etiraz aksiyası səbəb olub.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia