Çərşənbə axşamı, 11 Noyabr 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

“Game of Thrones”a ilham verən 5 tarixi hadisə

19 Aprel 2019
A A
“Game of Thrones”a ilham verən 5 tarixi hadisə

Serialın 8-ci mövsüm üçün hazırlanan afişalarından biri. Foto: HBO

8-ci mövsümünün ilk seriyası təkcə ABŞ-da 17 milyon nəfərin izlədiyi “Game of Thrones” (“Taxt-tac oyunları”) serialının az qala hər səhnəsi sosial şəbəkələrdə müzakirə edilir.

Serial Corc Reymond Riçard Martinin eyniadlı silsilə kitabı əsasında ekranlaşdırılır. Həm də serialın serialın produseri olan C.R. Martin kitabı yazanda tarixi hadisələrdən necə ilham aldığı barədə tez-tez danışır.

Tamaşaçıların bəlkə də fərqində olmadan izlədikləri 5 tarixi hadisə:

1

Gül döyüşləri (Wars of Roses)

“Gül döyüşləri” 15-ci əsrdə Böyük Britaniya taxtı uğrunda başlayan vətəndaş müharibəsi idi.

Müharibə Lankaster xanədanlığı ilə York xanədanlığı arasında baş verib. Onlar İngiltərəni 300 ildən də uzun bir müddət idarə edən Plantagenet xanədanlığının iki rəqib qolu olub. “Gül döyüşləri” adı isə York xanədanlığının gerbində ağ, Lankaster xanədanlığının gerbində isə qırmızı rəngli gül olmasından qaynaqlanıb.

Tarixçi Tomas B. Kosteynin 1950-ci illərdə yazdığı “Plantagenet” adlı kitabda bu müharibə ətraflı təsvir olunub.

Serialda Lannister və Stark ailələri arasında Vesteros qitəsində hakimiyyət uğrunda gedən mübarizə bu tarixi hadisəni xatırladır.

2

Döyüşlə mühakimə olunmaq (Trial by combat)

Serialın ilk mövsümündə Tiryon Lanister obrazı aristokrat Con Arini öldürməkdə günahlandırılır. Ancaq döyüşlə mühakimə olunmağı tələb edir. Mühafizəçisi Bron onun üçün döyüşür və nəticədə Lanister cəzalandırılmaqdan xilas olur.

Orta əsrlərdə Avropada günahkarlandırılan şəxsin bu cür addım atması qanuni idi.
Bir-birindən şikayətçi olan insanlar döyüşçü kirayələyirdilər. Ancaq bu cür “məhkəmə”lər serialda gördüyümüz kimi qanlı şəkildə nəticələnmir, adətən uduzan tərəf təslim olurdu.

3

“Qırmızı toy”, yoxsa “Qara axşam”?

“Game of Thrones” tamaşaçılarını ən çox təəccübləndirən səhnələrdən biri üçüncü mövsümdə baş verib. Əsas qəhrəmanlardan üçü, yəni Rob Stark, onun anası Katelin və hamilə Talisa bir seriyada, toy mərasimi zamanı öldürüldü. “Qırmızı toy” adlandırılan bu səhnə də real tarixi hadisəyə əsaslanır.

1440-cı illərdə Şotlandiyada sonradan “qara axşam” adlandırılan hadisə baş verib. Ölkədəki ən güclü ailələrindən birinin 2 üzvü Kont Duqlas və qardaşı 10 yaşlı kral İkinci Ceymsin yemək dəvətini qəbul edir və mərasim zamanı onların hər ikisinin başı kəsilir.

C.R.Martin “EW” jurnalına verdiyi müsahibədə həmin səhnədən ilham aldığını etiraf edib:

Tarixi qeydlərdə göstərilir ki, həmin axşam stola qara çöldonuzu başı qoyulur. Bu ölümün simvolu idi. Yeməkdən sonra iki qardaş qülləyə aparılır, orada yalvarsalar da başları kəsilir

4

Divar

Serialda Vesterosun yeddi krallığını işğaldan qoruyan 500 kilometr uzunluğunda, 200 metr hündürlükdə buz divarı var. Divar serialın əsas qəhrəmanlarından biri Con Snounun da üzv olduğu “Gecə mühafizəçiləri” tərəfindən qorunur.

Roma İmperatorluğunun hakimiyyəti altında olan İngiltərəni şimaldakı britonlardan qorumaq üçün 2-ci əsrdə divar inşa edilib. Divara Roma imperatoru Hadrianın adı verilib. Bu divar qədim Romanın simvollarından biri idi. 117 kilometr uzunluğundakı divarın qalıntıları indiyə kimi qalıb. Milyonlarla insan kimi C.R. Martin də Hadrian divarını görməyə gedib. 1980-ci illərdə “Rolling Stones” jurnalına deyib ki, o dostlarını görmək üçün Böyük Britaniyaya gedəndə Hadrian divarına da baş çəkib.

5

Qızıl tac

“Game of Thrones”un ilk mövsümündə Vesterosun kralı olacaq Viserys Tarqaryen sərkərdə Xal Droqodan tələb edir ki, bacısı Daenerys ilə evlənməyinin əvəzində ona söz verilən ordunu versin. Bu tələbi səsləndirərkən qılıncını bacısının qarnına yaxınlaşdıraraq onu təhdid edir. Droqo isə ona görənləri titrədəcək gözəllikdə qızıl tac sözü verir. Viserys qılıncını yerə qoyan kimi mühafizəçilər onu tutur. Droqo qızıl medalyonlarla bəzədilmiş bir kəməri əridib Viserysin başından tökərək öldürür.

Bu hadisə e.ə. 4-cü əsrdə Roma imperatoru Valerianın başına gəlib. Romalı tarixçi Flaviy Etropiy Valerianın farslar tərəfindən əsir alındığını, daha sonra isə ərimiş bahalı medalyonu udmağa məcbur edildiyini yazıb.

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025
Bəylər Eyyubovun qardaşının 4 ölkədə 60 milyonluq mülkləri və biznes fəaliyyəti – ARAŞDIRMA
Araşdırma

Bəylər Eyyubovun qardaşının 4 ölkədə 60 milyonluq mülkləri və biznes fəaliyyəti – ARAŞDIRMA

10 Mart 2025
Frank Peloniyə qarşı aksiya keçirən QHT-lər Azərbaycan hökumətindən 3 il ərzində 124 min manatdan çox qrant alıblar
Detallı

Frank Peloniyə qarşı aksiya keçirən QHT-lər Azərbaycan hökumətindən 3 il ərzində 124 min manatdan çox qrant alıblar

18 Noyabr 2024

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia