Şri-Lankada paytaxt və ona yaxın bölgələrdə gün ərzində ümumilikdə 8 partlayış törədilib.
DHA yazır ki, partlatyışlardan 3-ü Pasxa bayramının qeyd olunduğu kilsələrdə, 3-ü oteldə, digər 2-i isə fərqli bölgələrdə baş tutub. Hadisələr nəticəsində ümumilikdə 200 nəfər həlak olub, 400 nəfərə yaxın adam yaralanıb.
Partlayışların məsuliyyətini heç kim üzərinə götürməyib.
Şri-Lanka hökuməti komendant saatı tətbiq edilib. Yerli medianın yazdığına görə, komendant saatı yerli vaxtla 18:00-dan bazar ertəsi səhər saat 06:00-a qədər qüvvədə olacaq.