Çərşənbə, 10 Dekabr 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Şimali İrlandiyada öldürülən jurnalist kim idi?

23 Aprel 2019
A A
Şimali İrlandiyada öldürülən jurnalist kim idi?

Lira MakKi. Foto: Cess Louve / AFP

Lira MakKi. Foto: AFP/Cess Louve

Şimali İrlandiyada Böyük Britaniyaya qarşı “müstəqillik üsyanı” kimi də tanınan Pasxa üsyanının ildönümünə görə aksiyalar keçirilib. Aprelin 19-da Derri şəhərində baş tutan etiraz aksiyası zamanı polislə aksiyaçılar arasında qarşıdurma olub. Hadisə yerində 29 yaşlı jurnalist Lira MakKi odlu silahla vurulub. Xəstənaxanaya aparılan jurnalisti xilas etmək mümkün olmayıb.

Şimali İrlandiya polisi L. MakKinin ölümünü terror hücumu adlandırıb və özünü “Yeni IRA” (İrlandiya Respublika Ordusu) adlandıran təşkilatın şübhəli olduğunu açıqlayıb.

Hadisə ilə əlaqədar cinayət işi açılıb, istintaq gedir.

Lira MakKi kim idi: O, “Buzzfeed”, “Private Eye”, “The Atlantic and Mosaic Science” kimi müxtəlif media orqanlarında fəaliyyət göstərib. Son vaxtlar isə “Mediagazer” üçün işləyib.

2006-cı ildə “Sky News” onu ilin gənc jurnalisti seçib. 2016-cı ildə isə “Forbes” jurnalının Avropada “30 yaşa qədər 30 jurnalist” siyahısında yer alıb.

O, “The Lost Boys” adlı 2 cildlik kitabının 2020-ci ildə nəşri üçün “Faber ve Faber” nəşriyyatı ilə müqavilə imzalayıb.

Dostları, iş yoldaşları və tanışları onu LGBT hüquqlarının müdafiəçisi, dini tolerantlığa inanan, ağıllı jurnalist kimi xatırlayırlar.

“Centre for Democracy and Peace Building”in əməkdaşı Eva Qrosman gənc jurnalisti 2017-ci ildə TED çıxışına dəvət etdiyi vaxtı belə xatırlayır:

“O, bunu 2016-cı ildə Floridanın Orlando şəhərində homoseksualların toplandığı gecə klubuna təşkil edilən və 49 nəfərin ölümü ilə nəticələnən hücuma diqqət çəkmək üçün bir fürsətə çevirdi”.

“Rainbow” layihəsinin direktoru John O’Doherty onun LGBT icmasında çoxları üçün qəhrəman olduğunu deyir.

Jurnalistin sonuncu yazısı intihar edən gənclərin sayının sürətlə artması barədə olub.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia