Cümə, 14 Noyabr 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Şri-Lankadakı partlayışlara görə bir suriyalı saxlanılıb

24 Aprel 2019
A A
Şri-Lankadakı partlayışları hansı terror qruplaşmasının törətdiyi məlum olub

Foto: gettyimages

Şri-Lankada baş verən partlayışlar nəticəsində ölənlərin sayı 321-ə çatıb.

Reuters yazır ki, ölənlərin çoxu Şri-Lanka vətəndaşı olsa da, ümumilikdə 12 ölkənin 38 vətəndaşı həyatını itirib.

Hadisələrlə bağlı indiyə kimi biri suriyalı olmaqla 40 nəfər şübhəli şəxs qismində saxlanılıb.

Şri Lankanın müdafiə naziri Dinendra Ruvan Viyevardene bu terror hücumlarının Yeni Zenlandiyadakı hadisələrin intiqamını almaq üçün törədilməsindən şübhələndiklərini deyib.

Partlayışlardan sonra məlum olub ki, Şri-Lanka hökuməti radikal müsəlman qruplaşmanın kilsələrə hücum edə biləcəyi barədə xəbər alıb, amma heç bir tədbir görülməyib.

ABŞ prezidenti Donald Tramp dünən Şri-Lankanın baş naziri Ranil Vikremesinqxeyə zəng edərək cinayətkarların həbsində onlara dəstək olacağına söz verib. Şri-Lankanın istəyinə əsasən terror hücumları ilə bağlı istintaqa Interpol və Federal Təhqiqatlar Bürosu (FBI) da kömək edəcək.

Nə baş verib: Şri-Lankanın paytaxtı və ona yaxın bölgələrdə gün ərzində ümumilikdə 8 partlayış törədilib. Terrorçular 3 kilsə, 3 otel və daha 2 yerdə partlayış törədib. Yüzlərlə insan ölüb, 500-dən çoxu yaralanıb. Terror aktını “Milli Tavhid-Camaatı” adlı radikal müsəlman qruplaşmasının 7 terrorçu-kamikadze ilə törətdiyi məlum olub.

  • Şri-Lankada 21 milyonluq əhalinin 70 faizi buddist, 12 faizi hindu, 10 faizi müsəlman, 7 faizi isə xristiyandır.
“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

13 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia