Cümə, 19 İyun 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Yaradanından daha məşhur olan obraz – Robinzon Kruzo

25 Aprel 2019
A A
Yaradanından daha məşhur olan obraz – Robinzon Kruzo

Robinzon Kruzo. İllüstrasiya: Wal Paquet/ Getty Images

Robinzon Kruzo. İllüstrasiya: Wal Paquet/ Getty Images

İngilis yazıçısı Daniel Defo yaradıcılığının ilk vaxtlarında yazıları ilə o qədər də şöhrət qazana bilməyib. Heç vaxt həvəsdən düşməyən və yaradıcılıqdan əl çəkmək barədə fikirləşməyən D.Defo 1719-cu ildə özünün dünyanı fəth edən ən məşhur əsəri – “Robinzon Kruzo”nu yazıb.

Əsərin bütöv adı “Yorkdan olan balıqçı Robinzon Kruzonun özünün həyatı, maraqlı və təəccüblü sərgüzəştləri barədə yazdıqları”dır. Robinzon Kruzonun adada 27 il tək yaşamasından bəhs edən bu əsər D.Defoya dünya şöhrəti gətirib. Əsər işıq üzü görən gündən indiyədək, demək olar ki, dünyanın hər ölkəsində çap olunub.

Yazıçı “Robinzon Kruzo”nu yazanda təxminən 58 yaşında olub. Avropada roman janrına yeni keyfiyyətlər gətirən, ustalıqla yazılmış bu əsərin maraqlı cəhəti həm də odur ki, roman dəniz səyahətindən bəhs etsə də, müəllif yalnız bircə dəfə – gənclik illərində gəmiylə Portuqaliyaya səfər edib, qalan bütün ömrünü isə öz vətənində keçirib.

D.Defo əsərin süjetini həyatdan götürüb. Həmin dövrlər – 16-18-ci əsrlərdə dəniz ölkələrindən gəmi ilə uzun səyahətlərə çıxanlar çox idi. Dənizçilər bu səfərlər haqqında çox maraqlı macəralar danışırdılar. D.Defo şotlandiyalı bir dənizçinin insan ayağı dəyməyən kiçik bir adada dörd il dörd ay yaşaması, sonradan təsadüf nəticəsində xilas olması haqqında hekayətini dinləmişdi. İstedadlı yazıçı məharətlə bu hadisələri bədiiləşdirərək oxucunu Robinzon Kruzo ilə adada günbəgün, saatbasaat yaşamağa, onunla birgə çətinlikləri keçməyə vadar edib.

Qazandığı bu böyük uğurdan sonra yazıçı həvəslənərək səyahətdən bəhs edən daha bir neçə əsər yazıb. “Polkovnik Cek”, “Dünya ətrafında səyahət”, “Dəniz qulduru”, “Şeytanın siyasi tarixi” romanları dərc olunsa da, bu əsərlər “Robinzon Kruzo”nun kölgəsində qalıblar.

D.Defo böyük maddi sıxıntılar içərisində yaşayıb, pulsuzluqdan əziyyət çəkib, elə yoxsulluq içində 70 yaşında dünyadan köçüb. Onun yaratdığı Robinzon Kruzo obrazı haqqında isə tənqidi yazılar yazılmağa, filmlər çəkilməyə, tamaşalar qoyulmağa davam edir.

Azərbaycanda Media və Yayım Şurası yaradılacaq. Bu şura niyə yaxşı heç nə vəd etmir?
Detallı

Azərbaycanda Media və Yayım Şurası yaradılacaq. Bu şura niyə yaxşı heç nə vəd etmir?

16 İyun 2026
Sifarişçi Prezident Administrasiyası, icraçı Daxili İşlər Nazirliyidir – 8 il azadlıqdan məhrum edilən Rüfət Səfərovun son sözü
535.1

Sifarişçi Prezident Administrasiyası, icraçı Daxili İşlər Nazirliyidir – 8 il azadlıqdan məhrum edilən Rüfət Səfərovun son sözü

16 İyun 2026
“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia