Bazar ertəsi, 15 Dekabr 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

200 il sonra ilk dəfə Yaponiya imperatoru istefa verib

30 Aprel 2019
A A
200 il sonra ilk dəfə Yaponiya imperatoru istefa verib

Akihito və həyat yoldaşı Mişiko. Foto: Getty images

Akihito və həyat yoldaşı Mişiko. Foto: Getty images

Bu gün Yaponiyanın imperatoru Akihito taxtı tərk edəcək.

Euronews yazır ki, 85 yaşlı imperator taxtı böyük oğlu, varis şahzadə Naruhitoya verəcək.

30 ildir taxtda olan Akihito müharibədən çıxmış ölkənin modernləşdirilməsi, 90-cı illərdəki iqtisadi böhran və Fukuşima fəlakəti kimi çətinliklərin öhdəsindən gəlməli olub.
Müharibədən sonra ABŞ-ın təzyiqi ilə hazırlanan konstitusiyaya əsasən Yaponiyada imperator sadacə simvolik xarakter daşıyıb, dövlətin idarəsi isə baş nazirə verilib.

İmperator Akihito adət-ənənələrə zidd olaraq sadə xalqdan biri ilə ailə qurub, 2011-ci ildə həyat yoldaşı Mişiko ilə birgə zəlzələ və Fukuşima fəlakəti qurbanlarına baş çəkib, eləcə də atası Hirohitonun İkinci Dünya Müharibəsində verdiyi səhv qərarlarla üzləşərək Çin və Koreya yarımadasına səfərlər edib və bunlar xalqın rəğbətinə səbəb olub.

Akihito Yaponiya tarixində taxtı öz istəyi ilə tərk edən nadir imperatorlardan biridir.

  • Akihitodan öncə, 1817-ci ildə taxtdan öz istəyi ilə gedən sonuncu imperator Kokaku olub.

  • Mayın 1-də taxta imperatorun oğlu Narihito oturacaq. 59 yaşlı şahzadənin ilk rəsmi qonaqları ABŞ prezidenti Donald Tramp və həyat yoldaşı Melaniya Tramp olacaq. Onlar ölkəyə 25-28 may tarixlərində səfər edəcəklər.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia