Venesuelada bir müddət əvvəl özünü prezident elan edən müxalifət lideri Xuan Quaydo hakimiyyətdən getmək istəməyən Nikolas Maduronu hərbi yolla devirmək üçün hərəkətə keçib.
Paytaxt Karakasda yerləşən “La Carlota” hava qüvvələri bazası yaxınlığında bir qrup əsgərlə görüşən Quaydo onları hərbi çevriliş etməyə səsləyib. O, bu çağırışı əks etdirən 3 dəqiqəlik videonu öz “Twitter” hesabında yayımlayıb.
2014-cü ildə siyasətlə məşğul olması qadağan edilərək ev həbsinə məhkum olunan Leopoldo Lopezin də Quaydonun yanında olduğu bildirilir. Quaydoya dəstək verən 70-ə yaxın əsgərdən bəzilərinin ağır silahlı olduğu deyilir.
“Azadlıq” əməliyyatının son mərhələsinə başladıqlarını açıqlayan Quaydo deyib:
Vaxt gəlib çatıb. Beynəlxalq qüvvələr doğru qərarı verdi və onlar Venesuela xalqının dəstəyinə arxayındır
Venesuelanın müdafiə naziri Vladimir Padrino isə silahlı qüvvələrin Maduronun tərəfində olduğunu açıqlayıb.
- Mayın 1-də Venesuelada Maduroya qarşı böyük etiraz yürüyüşü keçiriləcək. Quaydonun bu yürüyüşdən 1 gün öncə belə bir video yaydığına görə sabah ölkə üçün önəmli gün olacağı ehtimal edilir.