Azərbaycanda Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nəzdində kolleclər (mədrəsə) fəaliyyət göstərəcək.
Report yazır ki, QMİ sədrinin müavini Hacı Fuad Nurullayev dini təhsil müəssisələrinin 2 və ya 4 illik olacağını deyib:
Kolleclərin fəaliyyətə başlaması məsələsi artıq gündəmdədir. Hazırda bizim bir neçə mədrəsəmiz və kurslarımız var. Amma respublika üzrə 10-a yaxın kollec tipli təhsil müəssisəsinin açılması nəzərdə tutulur. Həmin kolleclər QMİ-nin tabeliyində olan məscidlərin nəzdində fəaliyyət göstərəcək
F.Nurullayev həmin kolleclərin adlarını da sadalayıb. Onlardan biri Heydər İslam Kolleci adlanır. Digərləri isə ərazi adlarına uyğun olaraq – Zaqatala, Gəncə, Lənkəran, Quba, Nardaran, Bibiheybət və Naxçıvan İslam Kolleci – adlandırılacaq.