Prezident İlham Əliyev əlilliyi olan şəxslərlə bağlı yeni sərəncam imzalayıb.
Sərəncamda I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi nəzərdə tutulur.
Sərəncam bakalavriat və magistratura təhsil səviyyələrində, eləcə də orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alanları əhatə edir.
Onların təhsil haqqı xərcləri 2019/2020-ci tədris ilindən etibarən dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.