Nəsrin Sotudə İranda həbsdə olan hüquqşünas və qadın haqları müdafiəçisidir. O, hicab taxmağa məcbur edilən qadınların hüquqlarını müdafiə edib. Nəsrin Sotudə iki məhkəmə iclasından sonra 38 il həbs və 148 qamçı cəzasına məhkum edilib.
Amnesty International hüquq müdafiə təşkilatı Nəsrinin həbsdə ikən oğluna və qızına yazdığı məktublardan bir neçəsini yayımlayıb. İki dəfə – 2010-cu və 2018-ci ildə həb olunan hüquq müdafiəçisinin oğlu Nima indi 11 yaşında, qızı Məhravə isə 19 yaşındadır.
Amnesty International yazır:
Yəqin hamı razılaşar ki, Nəsrin uşaqlarına həqiqət və ədalətin uğrunda mübarizə aparılmağa layiq olan prinsiplər olduğunu göstərməklə ola biləcəyi ən yaxşı anadır və yaxşı ana olmaq o demək deyil ki, dəyərlərin və uşaqların arasında seçim edəsən.

Mart, 2011
Salam mənim ən sevimlim, Nima
Sənə məktub yazmaq çox çətindir. Sən həbs, saxlanılma, hökm, məhkəmə və ədalətsizlik sözlərinin əsl mənasını qavramaq üçün çox günahsız və çox gənc olduğun halda harada olduğumu sənə necə deyim?
Keçən həftə məndən “Ana, bu gün bizimlə evə gəlirsən?” soruşdun və mən mülki geyimli təhlükəsizlik agentinin baxışları altında sənə cavab verməyə məcbur oldum: “Hələ bir müddət də işim var, ona görə evdə daha sonra gələcəm”. Onda sən başa düşdüyünü işarə etmək üçün başını yellədin və mənim əllərimdən tutub balaca dodaqlarınla mənə şirin, uşaqsayağı öpüş verdin.
Biləndə ki, sən atana demisən məndən işimi tez bitirib evə qayıtmağı xahiş etmisən, sənə necə izah edim ki, evə gəlmək məndən asılı deyil, sənə qaçmaq üçün azad deyiləm? Sənə necə izah edim ki, heç bir “iş” məni səndən uzaq bu qədər saxlaya bilməz?
Mənim əzizim Nima, ötən 6 ay ərzində iki dəfə idarəolunmaz şəkildə ağlamışam. Birinci dəfə bu, atam vəfat edəndə və mən onun dəfninə buraxılmaqdan, yasını tutmaqdan məhrum ediləndə olub. İkinci dəfə isə sənin məndən evə gəlməyi xahiş etdiyin və mənim sənlə birlikdə evə gedə bilmədiyim gün idi.
Mənim ən sevimlim, Nima, uşaqlarla bağlı işlərdə məhkəmə adətən eyni qərarı verir, görüş qaydalarında uşağın mütəmadi olaraq 24 saat atası ilə qalmağına icazə verilmir. Bu, ona görədir ki, məhkəmə hesab edir ki, uşaq 24 saatdan çox anasından ayrı qalrsa, bu formada ayrılıq onun psixologiyasına ziyan vura bilər. Amma eyni məhkəmə anasının “milli təhlükəsizliyə qarşı fəaliyyət” bəhanəsi adı altında 3 yaşlı uşağın hüquqlarını gözardı edir.
Mənim “milli təhlükəsizlik əleyhinə fəaliyyət” üçün hər hansı yol axtarmadığımı və bir hüquqşünas kimi yeganə məqsədimin mənə müraciət edən insanların həmişə qanun çərçivəsində hüquqlarını müdafiə etdiyimi demədən üstündən ötüb keçirlər.
İstəyirəm biləsən ki, bir qadın kimi mənə qarşı verilən hökmlə və bir çox insanın hüquqlarını müdafiə etdiyimə görə fəxr edirəm. Qadınların saysız-hesabsız səyləri nəhayət göstərdi ki, onları dəstəkləyib və ya dəstəkləmdiyimizə baxmayaraq, artıq heç vaxt bizi gözardı edə bilməzsiz.
Daha yaxşı günlər ümidi ilə,
Anan Nəsrin
Aprel, 2011
Mənim ən sevimlim, Məhravə, mənim qızım, qürurum və sevincim.
Sizdən, sevimli övladlarımdan ayrı düşməyimdən artıq 6 ay keçib. Bu aylar ərzində bizim bir-birimizi görməyimizə cəmi bir neçə dəfə icazə verilib və hətta onlar da təhlükəsizlik əməkdaşlarının nəzarəti altında olub. Bu vaxt ərzində mənə icazə verilməyib ki, sənə yazım, şəklini alım və hətta heç bir təhlükəsizlik məhdudiyyətləri olmadan azad şəkildə görüşüm. Mənim əziz Məhravəm, sən mənim ürəyimdəki kədəri və hansı şərtlər altında görüşümüzə icazə verildiyini hamıdan daha yaxşı başa düşürsən.
Hər dəfə, hər ziyarətdən sonra və hər gün öz uşaqlarımın hüquqlarına hörmət etdiyimi, bunu nəzərə alıb-almadığım fikri ilə mübarizə aparıram. Hər şeydən daha çox ehtiyacım olan şey – mənim müdrik olduğuna çox inandığım sevimli qızım – öz uşaqlarımın məni onların hüquqlarını pozduğuma görə ittiham etmədiklərinə əmin olmaqdır.
Bir dəfə sənə dedim: “Mənim qızım, ümid edirəm sən heç vaxt mənim sizi düşünmədiyim və ya elədiklərimin cəzalandırılmağa layiq hərəkətlər olduğu fikrinə qapılmamısan. Elədiyim hər şey leqal və qanun çərçivədindir”. Onda sən balaca əllərinlə mənim üzümü sevgi ilə sığalladın və cavab verdin: “Bilirəm, anacan… Bilirəm…” Həmin gün mən sevimli qızım tərəfindən ittiham olunmaq kabusundan azad oldum.
Mənim sevimli Məhravəm, necə ki, sənin hüquqlarını heç vaxt gözardı etməmişəm və bütün imkanlarımla qorumağa çalışmışam, eləcə də öz müştərilərimin hüquqlarını heç vaxt gözardı edə bilməmişəm.
Müvəkkillərimin dəmir barmaqlıqlar arxasında olduğunu bildiyim halda meydandan necə qaça bilərəm? O insanlar məni öz hüquqi nümayəndəsi kimi seçdiyi və məhkəməni gözlədiyi halda necə onlardan üz çevirə bilərəm?
Bu işləri məhkəmədə təmsil eləməyimə imkan yaradan şey mənim bir çoxlarının, xüsusilə də uşaqlarımın hüquqlarını və gələcəyini müdafiə etmək arzum idi. Mən inanıram ki, son bir neçə il ərzində mənim, eləcə də müvəkkillərimin ailələrinin çəkdiyi əzablar boşuna olmayıb. Ədalət ümid etməkdən imtina edəndə gəlir.
Sənin üçün darıxıram, mənim əzizim və sənə yüzlərlə öpüş göndərirəm
Anan Nəsrin.
Sentyabr, 2018
Salam mənim əzizim, Nima
Bilmirəm ki, bu məktuba necə başlayım. Bilmirəm necə unudum ki, sən bu il məktəbə getməyə başlayırsan, özü də yanında heç atan da olmadan və necə asanlıqla deyim ki, bu il də digər il kimi adi ildir? Sənə necə deyim ki, məktəbə vaxtında get, ev tapşırıqlarını həll et, yaxşı təhsil al və mən qayıdana qədər yaxşı oğlan ol?
Bir ana kimi səninlə belə sözlər danışmağa nifrət edirəm, çünki bilirəm ki, sən öz gənc həyatında mənə mütəmadi olaraq həbsdə baş çəkmə travması, mənimlə görüşməyin qadağan olunması və ədalətsizlik qorxusu yaşamısan.
Mən öz işimi davam etdirim və insan hüquqları uğrunda təmiz vicdanla mübarizə aparım deyə səndən bir ana kimi mənim varlığımı unutmağı və ümumiyyətlə sənin anan olmadığı barədə düşünməyi istəyə bilmərəm. Sənə qarşı heç vaxt belə qəddar ola bilmərəm.
***
Mənim İranda daima hücum altında olan hüquqşünas kimi işim məni və bu dəfə də sənin atanı İran hüquqşünaslarını məhv edən ədalətsizlik və qorxu fırtınasına atıb.
Bu günlərdə mən mütəmadi olaraq sizin haqqınızda, özünüzü necə tənha hiss etdiyiniz barədə və bizi fərəhləndirən, sənin qayğına qalmağa məcbur qalıb sənin üçün eyni vaxtda həm ana, həm də ata olan, bizim əziz Məhravə barədə düşünürəm.
Sənə sevgi göz yaşlarımı göndərirəm və ümid edirəm bizim zamanımızdakı ədalətsizliyi sizin üçün bir az daha dözülən edərlər.
Səni çox uzun müddətdir görmədiyim üçün minlərlə öpüş göndərirəm.
Anan Nəsrin.