Xəzər Dəniz Neft Donanmasına məxsus “İsrafil Hüseynov” gəmisində partlayış baş verib. “Sapiem” şirkətinin icarəyə götürdüyü gəmidə partlayış mayın 8-i 18:30 radələrində baş verib.
Oxu.az yazır ki, bu barədə şirkətin özü məlumat yayıb. Yanğın zamanı 14 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb və onlar “Citadel” gəmisi vasitəsi ilə Bakıya çatdırılıb.
Şirkətdən bildirilib ki, yanğın tamamilə söndürülüb.
“Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Xəzər Dəniz Neft Donanmasının balansında olan “İsrafil Hüseynov” borudüzən gəmisində qəza borudüzmə zonasında texnolji avadanlıqlarin birində baş verib.