NİDA vətəndaş hərəkatının fəalı Bayram Məmmədov təhsil aldığı universitetdən kənarlaşdırılıb.
Bu barədə o, öz “Facebook” hesabında məlumat paylaşıb.
Onun sözlərinə görə, universitetdən evə zəng edib universitetdən xaric edildiyi barədə məlumat verilib:
Halbuki biz həbs olunanda rəhbərlikdən rəsmi kağız almışdıq ki, istənilən vaxt müraciət edib təhsilimizi davam etdirə bilərik. Bir həftə əvvəl isə bildirmişdilər ki, sentyabr ayından gəlib təhsilinizi davam etdirə bilərsiniz. Nə dəyişdi 1 həftə içində, yoxsa “dövlət baba” işəmi qarışdı?
Nə baş verib: Martın 17-də prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılan Bayram Məmmədov ayın 31-i yenidən saxlanılıb. Polisə müqavimət göstərməkdə ittiham edilən B.Məmmədov Sabunçu Rayon Məhkəməsinin qərarı ilə 30 sutkalıq həbs cəzası alıb. O, aprelin 29-da azadlığa çıxıb.