Foto: Reuters / Thomas Peter

“Google” ABŞ-ın qara siyahıya saldığı “Huawei” şirkəti ilə əməkdaşlığı qismən dayandırıb.

BBC yazır ki, bu isə “Huawei” markalı mobil telefonlarda Android sisteminin bundan sonra yenilənməyəcəyi mənasını verir. Şirkətin hələlik satışa çıxmamış yeni modellərində isə “Play Store”, “Youtube”, “Gmail” kimi “Google” proqramlarından istifadə etmək mümkün olmayacaq.

Nə baş verib: ABŞ Çinin “Huawei” şirkətinin Pekin hökuməti üçün kəşfiyyat apardığını və məlumat sızdırdığını iddia edir. Ötən həftə prezident Donald Tramp ABŞ firmalarının “ABŞ-ın milli təhlükəsizliyini təhdid edən” ölkələrdən telekommunikasiya avadanlıqları əldə etməsini qadağan edən fərman imzalayıb. Fərmanda hərhansı bir ölkənin adı çəkilməsə də, D.Trampın əsas hədəfinin Çinin “Huawei” şirkəti olduğu hesab edilib.

Şərhini yaz

Şərhinizi yazın
Adınızı daxil edin