UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyununa görə Bakının bəzi ərazilərində vətəndaşların hərəkəti məhdudlaşdırılacaq. Mayın 29-da baş tutacaq oyunla əlaqədar hüquq-mühafizə orqanları gücləndirilmiş iş rejimində olacaq.
ONA yazır ki, oyunu izləmək üçün ölkəyə gələn əcnəbilərin rahat, maneəsiz və sərbəst gəzintilərini təmin edilməsi üçün mayın 25-dən 31-dək Nizami (“Tarqovı”) və İstiqlaliyyət küçələrində, Fəvvarələr meydanında vətəndaşların sıx hərəkəti mümkün olmayacaq.
Həmçinin “Respublika Günü” ilə əlaqədar “İstiqlaliyyət” küçəsindəki abidəni ziyarətə də məhdudiyyətlər qoyulacaq.