Böyük Britaniya baş naziri Tereza Mey bir müddətdir ölkədə siyasi böhrana səbəb olan Brexit prosesi ilə bağlı yeni bir referendum keçirilə biləcəyini bəyan edib.
Euronews yazır ki, T.Mey daha öncə parlamentin 3 dəfə rədd etdiyi Brexit sazişində bəzi dəyişikliklər edildiyini və iyun ayında onun sonuncu dəfə parlamentə təqdim ediləcəyini bildirib.
O, dəyişikliklərin İrlandiya, işçi hüquqları və ətraf mühitin mühafizəsi ilə bağlı mövzuları əhatə etdiyini diqqətə çatdırıb.
T.Mey qeyd edib ki, millət vəkilləri Avropa Birliyindən çıxış sazişinə dəstək verdikləri təqdirdə, yeni bir referendumun keçirilməsi barədə parlamentdə səsvermə olacaq.