Bazar ertəsi, 17 Noyabr 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Camal Əlinin qardaşının və daha bir Meydan TV əməkdaşının səyahət qadağası götürülüb

22 May 2019
A A
Camal Əlinin qardaşının və daha bir Meydan TV əməkdaşının səyahət qadağası götürülüb

Vüqar Əli və Orxan Məmmədov. Foto: Facebook. Kollaj: Mikroskop

“Meydan TV”nin əməkdaşı, hazırda Avropada yaşayan Orxan Məmmədovun ölkədən çıxışına qoyulan yasaq götürülüb.

Bu barədə ona Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsindən məktub gəlib.

Məlumatı jurnalist öz “Facebook” səhifəsində paylaşıb.

Dünən isə reper Camal Əlinin qardaşı Vüqar Əlinin ölkədən çıxış qadağası ləğv edilib.

Daxili İşlər Nazirliyinə yenidən şikayət etdim ki, mənim işimə bir də baxsınlar. Bundan öncə dəfələrlə mən və vəkilim yazsaq da, heç bir cavab gəlməmişdi. Bugün isə DİN əməkdaşı zəng edərək onlar tərəfindən hər hansı bir məhdudiyyətin olmadığını və ölkədən çıxa biləcəyimi bildirdi

, – deyə Vüqar Əli sosial şəbəkədə yazıb.

Nə baş verib: Meydan TV internet resursu ilə əməkdaşlıq edən bir qrup jurnalistə qarşı cinayət işi ilə əlaqədar ölkədən çıxış qadağası tətbiq edilib. Bu illər ərzində 10-dan çox jurnalist vaxtaşırı Baş Prokurorluğa dindirməyə çağırılıb, burada onlardan Meydan TV-nin maliyyələşmə mənbəyini açıqlamaları tələb olunub.

Daha kimlərin “stop”u götürülüb: Aynur Qəmbərova (Elgünəş), Natiq Cavadlı, İzolda Ağayeva, Səlimə Cəlilova, Sevinc Abbasova, Aytac Əhmədova, Aytən Fərhadova və yazar Rasim Qaracanın ölkədən çıxış qadağası ləğv edilib.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia