Cümə axşamı, 22 May 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Avropa Parlamenti seçkilərində sağ və sol mərkəzçi partiyalar səs itirib

27 May 2019
A A
Avropa Parlamenti seçkilərində sağ və sol mərkəzçi partiyalar səs itirib

"Yaşıllar"ın nəticələri açıqlanır. Foto: AFP

Avropa Parlamentinə (AP) keçirilən seçkilərin ilkin nəticələri açıqlanıb.

Euronews yazır ki, seçkilərdə sağ və sol mərkəzçi partiyalar səs itirib. Ən çox səs toplayan ilk üçlükdəki partiyalardan ikisi tarixdə ilk dəfə səs itiriblər:

  • Avropa Xalq Partiyası (PPE) – 179 mandat (42 mandat itirib)
  • Sosialistlər və Demokratların Tərəqqi İttifaqı (S&D) – 150 mandat (41 yer itirib)
  • Avropa naminə Liberallar və Demokratlar İttifaqı – 108 mandat
  • Yaşıllar Partiyası isə Almaniya və Fransada yaxşı nəticələr əldə edib və 70 mandat qazanıb.

Almaniyadakı nəticələr: Baş nazir Angela Merkeli dəstəkləyən Xristiyan Demokrat Birlik Partiyası (CDU) ilə Xristiyan Sosial Birlik Partiyası (CSU) birgə 28,7 faiz səs toplayıb. İkinci yeri isə 20,7 faiz səslə Yaşıllar tutub.

Fransadakı nəticələr: Milli Birlik ( Rassemblement national) partiyası (ifrat sağ) – 23.53%

Prezident Emmanuel Makronun partiyası – LREM – 22,47%

Böyük Britaniyadakı nəticələr: Bu ölkədə mühafizəkarlar və işçi partiyası səs itirib, Brexit Partiyası qalib olub.

  • “Avropa Birliyində (AB) qalmalıyıq” deyən partiyalar – 40.4%
  • AB-dən saziş imzalamadan çıxmaq tərəfdarı olan partiyalar – 34.9%
  • AB-dən sazişlə ayrılmaq istəyən partiyalar – 23.2%

İşçi Partiyasının lideri Ceremi Korbin deyib ki, seçki nəticələri Brexit referendumunun təkrarlanmasını labüd edir.

İtaliyadakı nəticələr: Bu ölkədə immiqrantların əleyhinə olan ifrat sağçı Lig partiyası qalib olub.

Nə baş verib: 23-26 may tarixlərində AB üzvü olan 28 ölkədə təxminən 400 milyon seçicinin iştirakı ilə AP-nin 751 üzvü müəyyənləşdirilib. Seçkidə seçicilərin 51 faizi iştirak edib. Bu son 20 ilin ən yüksək seçici fəallığı hesab olunub.

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025
Bəylər Eyyubovun qardaşının 4 ölkədə 60 milyonluq mülkləri və biznes fəaliyyəti – ARAŞDIRMA
Araşdırma

Bəylər Eyyubovun qardaşının 4 ölkədə 60 milyonluq mülkləri və biznes fəaliyyəti – ARAŞDIRMA

10 Mart 2025
Frank Peloniyə qarşı aksiya keçirən QHT-lər Azərbaycan hökumətindən 3 il ərzində 124 min manatdan çox qrant alıblar
Detallı

Frank Peloniyə qarşı aksiya keçirən QHT-lər Azərbaycan hökumətindən 3 il ərzində 124 min manatdan çox qrant alıblar

18 Noyabr 2024
Azərbaycan hökumətinin yeni propaqanda maşını: ANEWZ – 11 milyon manata yaranan televiziya
Detallı

Azərbaycan hökumətinin yeni propaqanda maşını: ANEWZ – 11 milyon manata yaranan televiziya

12 Noyabr 2024
Dövlət büdcəsi hesabına “SeaBreeze” üçün 4 milyon 700 min manata yol çəkilib
Detallı

Dövlət büdcəsi hesabına “SeaBreeze” üçün 4 milyon 700 min manata yol çəkilib

11 Noyabr 2024
Ərkivan qəsəbəsində sakinlər evlərinin yanında tır parkı salınmasından narazıdır
Xəbər

Ərkivan qəsəbəsində sakinlər evlərinin yanında tır parkı salınmasından narazıdır

09 Noyabr 2024

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia