“Azərbaycan Hava Yolları” QSC (AZAL) əməkdaşı Nazilə Muradovanın sosial şəbəkələrdə transgender vətəndaşın şəxsiyyət vəsiqəsini paylaşmasına rəsmi münasibət bildirib.
Aviaşirkət bu halla bağlı dərhal araşdırma aparıldığını bildirib. Nazilə Muradova ilə birlikdə digər iki əməkdaş sərnişinin şəxsi məlumatlarını paylaşmaqla səhvə yol verdikləri əsas gətirilərək işdən azad olunub.
Şirkət baş verənlərə görə üzr istəyib:
Bu məsələ ilə bağlı sərnişinimizdən və cəmiyyətimizdən üzr istəyirik. Sözügedən məsələni ictimailəşdirdiyinə və haqqlı mövqe nümayiş etdirdiyinə görə cəmiyyətimizə dərin təşəkkürümüzü bildiririk
Nə baş verib: AZAL-ın əməkdaşı Nazilə Muradova sosial mediada transgender vətəndaşın şəxsiyyət vəsiqəsini paylaşaraq onu lağa qoyub. Nazilə Muradova şərhlərdə onun hara uçduğunu da qeyd edib.