Bazar ertəsi, 8 Dekabr 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Avropa Məhkəməsinin İlqar Məmmədovla bağlı verdiyi qərar nə deməkdir və nə qədər əhəmiyyətlidir? İzah edirik!

29 May 2019
A A
İlqar Məmmədov: REAL-a qarşı təzyiqlər hakimiyyətin mənəvi olaraq zəifliyinin göstəricisidir

REAL-ın 2017-ci ildə Rəsulzadənin Novxanıdakı abidəsi önündə keçirdiyi mitinqdə iştrirakçı İlqar Məmmədun azadlığını tələb edir. Foto: Ömər Məmmədov

Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatası bu gün Azərbaycanın Avropa Şurasındakı üzvlük öhdəliyini pozduğu barədə qərarını açıqlayıb. Məhkəmə 46.1-ci maddənin pozuntusunu tanıyıb və qərar Nazirlər Komitəsinin müraciətinə əsasən qəbul edilib. Müraciətə səbəb isə Azərbaycan hökumətinin REAL Partiyasının sədri İlqar Məmmədovu azadlığa buraxmaması olub.

Bu qərar niyə qəbul edilib və əhəmiyyəti nədir? Növbəti mərhələdə Avropa Məhkəməsi hansı addımı atacaq?

REAL Partiyasının İdarə Heyətinin üzvü Rəsul Cəfərovdan xahiş etdik ki, Mikroskop-un suallarını cavablandırsın.

1

Necə oldu ki, Avropa Məhkəməsi bu işə baxdı?

Qərar ondan ibarətdir ki, Avropa Məhkəməsinin, ümumiyyətlə, Avropa Şurasının tarixində ilk dəfə olaraq 46.1-ci maddənin pozuntusu tanınıb, özü də yekdilliklə. Azərbaycandan olan hakim Lətif Hüseynov da bu qərarın lehinə səs verib.

Azərbaycanın üzvlük zamanı üzərinə götürdüyü öhdəliklər var. Həmin öhdəliklərdən biri də Avropa Məhkəməsi qərarlarının şərtsiz icrası ilə bağlıdır. Avropa Məhkəməsinin İlqar Məmmədovun azadlığa buraxılmasını tələb edən qərarı var idi və o, vaxtında icra olunmadı. 2017-ci ilin dekabrın 5-də Avropa Şurasının Nazirlər Komitəsi Avropa Məhkəməsinin Böyük Palatasına sorğu göndərdi. Sorğu həmin qərarın icra edilməməsinin Azərbaycanın üzərinə götürdüyü öhdəliyi pozub-pozmaması ilə bağlı idi. Bu gün həmin sorğuya cavab olaraq Avropa Məhkəməsinin Böyük Palatası müvafiq qərarını qəbul etdi.

Məhkəmə bu halları pozuntu hesab edib:

  • Azərbaycan hökumətinin İlqar Məmmədovu vaxtında azadlığa buraxmaması
  • Avropa Məhkəməsinin qərarından sonra bu prosesin həddən artıq uzadılması
  • İ.Məmmədovun azadlığa buraxılması istiqamətində effektiv addımların atılmaması

2

Məhkəmənin qərarından sonra növbəti addım nə olmalıdır?

Avropa Məhkəməsinin qərarlarının icrası prosedurlarında atıla biləcək addımlar sırasında 46-cı maddə akademik çevrələrdə nüvə vasitəsi hesab olunurdu. Bu qərar çox ciddi hüquqi və siyasi addımların atılması üçün müəyyən əsaslar yaradır. İndi onun əsasında Nazirlər Komitəsi yenidən toplaşmalı, bu qərardan irəli gələn və yaxud da gələ biləcək addımları müzakirə etməlidir.

3

Qərar İlqar Məmmədov üçün nə qədər əhəmiyyətlidir?

İndi üçün atıla biləcək addım İlqar Məmmədova tam bəraətin verilməsi, onun barəsində məhkumluğun götürülməsidir. Bununla da İlqar Məmmədovun üzərində olan məhdudiyyətlər, əsas etibarilə də seçkidə iştirak etmək məhdudiyyəti aradan qaldırılmalıdır. Burada başqa hüquqi-siyasi nəticə mümkün deyil. Bu olmayacağı təqdirdə, Azərbaycan hökumətinə qarşı ciddi çağırışlar, addımlar olmalıdır.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia