Bu gün London Vestminster Magistrat Məhkəməsində “WikiLeaks” saytının yaradıcısı Culian Assancın ekstradisiyasına dair dinləmələr cəmi 5 dəqiqə çəkib.
BBC yazır ki, vəkili onun iclasda iştirak edə bilməyəcək qədər xəstə olduğunu bildirib. Dinləmələrin C.Assancın səhhətilə bağlı olaraq iyunun 12-də davam etdirilməsinə qərar verilib.
“WikiLeaks” dünən Culian Assancın səhhətindən narahat olduğunu bəyan edib. Bundan sonra o, Belmarş həbsxanasının müalicə müəssisəsinə köçürülüb.
Nə baş verib: 2010-cu ildə ABŞ-da ən böyük sızıntıya səbəb olan Culian Assanc elə həmin il İsveçdə cinsi zorakılıqda ittiham edilib. O, 2012-ci ildə Ekvador səfirliyinə sığınıb. Bu il aprelin 11-də isə C.Assanc London məhkəməsi tərəfindən girov müqabilində azadlığa çıxmaq qaydalarını pozmaqda ittiham edilərək 11 ay həbs cəzasına məhkum edilib. Onun hansı ölkəyə ekstradisiya olunacağına dair dinləmələr mayın 2-də başlayıb.