Bazar ertəsi, 15 Dekabr 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Avropa Şurasının korrupsiya məruzəsində Azərbaycanın da adı var

31 May 2019
A A
AŞPA Azərbaycanla bağlı korrupsiya hesabatını 123 səslə qəbul etdi

AŞPA-nın iclaslarından biri. Foto: Council of Europe / Candice Imbert

Avropa Şurasının Hüquq məsələləri və insan hüquqları Komitəsi maltalı jurnalist Dafna Karuana Qalitsiyanın qətlinin araşdırılması haqqında məruzə dərc edib.

AŞPA-nın yay sessiyasına çıxarılacaq məruzədə bildirilir ki, Maltada əsas korrupsiya obyekti 33 yaşlı İranlı Əli Sədr Haşeminecad tərəfindən təsis edilmiş özəl Pilatus Bankı olub.

Əli Sədr Haşeminecad kimdir: O, gənc və təcrübəsiz olmağına baxmayaraq 2013-cü ilin oktyabrında bank lisenziyası alıb. 2018-ci ilin sentyabrında isə Avropa Bank İdarəsi ona məxsus Pilatus Bankın lisenziyasında pozuntular aşkar edib.

Bankın bir çox müştərilərinin “siyasi əhəmiyyətə malik şəxslər” olduğu müəyyən edilib, bu da pulların yuyulması şübhəsini artırıb. Onlar arasında Azərbaycan prezidentinin qızlarına və Azərbaycan nazirlərindən birinə məxsus şirkətlər də var idi.

2018-ci ilin martında Haşeminecad ABŞ-da həbs edilib və İrana qarşı sanksiyaları pozmaqda ittiham olunub. Bankın aktivləri dondurulub, lisenziya isə 2018-ci ilin noyabrında geri alınıb.

Məruzədə nə deyilir: Korrupsionerləri təqib etmək üçün siyasi iradə və ya imkanın olmadığı ölkələrdə onları ifşa edən jurnalistlər çox vaxt özləri təqib hədəfinə çevrilirlər. Dövlətin bütün gücü korrupsionerlərə deyil, jurnalistlərə və korrupsiyanı ifşa edənlərə qarşı yönəlir. Jurnalistlər Panama sənədlərini – bütün dünya üzrə dövlət xadimləri və siyasətçilər arasında geniş korrupsiya şəbəkəsini ifşa edən sənədləri üzə çıxardıqda da məhz bu baş verdi. D. K.Qalitsiyanın ölümü tamamilə araşdırılana qədər Avropa Şurası bu işi nəzarəti altında saxlamalıdır.

Nə baş verib: D.K.Qalitsiya ölkəsində və xaricdə siyasətçilərin və dövlət məmurlarının korrupsiya faktlarını araşdırıb. O, 2017-ci il oktyabrın 16-da avtomobilinə qoyulmuş bomba ilə öldürülüb.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia