Bazar, 18 Yanvar 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Həbsdə olan AXCP fəalı Babək Həsənov aclıq aksiyasına başlayıb

31 May 2019
A A
Həbsdə olan AXCP fəalı Babək Həsənov aclıq aksiyasına başlayıb

Babək Həsənov. Foto: Facebook / şəxsi arxiv

AXCP Nərimanov rayon təşkilatının sədri Babək Həsənov mayın 28-dən etibarən 6 saylı cəzaçəkmə müəssisəsində müddətsiz aclıq aksiyasasına başlayıb.

Bu barədə AXCP sədrinin müavini Gözəl Bayramlı məlumat yayıb:

Daha öncə Babək Həsənova qarşı təzyiqlər edilib. Məsələ ictimailəşdirildikdən sonra təzyiqlər dayandırılıb. Babək Həsənovla həbsxanada ünsiyyətdə olan insanlara qarşı təzyiqlər isə davam etdirilir. Hətta onunla 5 dəqiqə ərzində ünsiyyətdə olan Müsəlman Birliyi Hərəkatının üzvü Əhsən Nuruzadə cərimə təcridxanasına salınıb. Babək Həsənov onunla ünsiyyət quran şəxslərə qarşı təzyiqlərin dayandırılması tələbi ilə aclıq edir

Turan yazır ki, Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsi Babək Həsənovun aclıq etməsi ilə bağlı yayılan məlumatlar əsassız olduğunu deyib:

Babək Həsənov aclıq etmir. Onun saxlanıldığı müəssisə açıq tiplidir və orada məhbusların ünsiyyət qurmasına məhdudiyyət qoymaq mümkün deyil. Bu barədə yayılan məlumatlar da doğru deyil. Əhsən Nuruzadənin cərimə kamerasına salınması isə onun daxili intizam qaydalarını pozması ilə bağlıdır və bunun Babək Həsənova aidiyyatı yoxdur

Nə baş verib: Babək Həsənov 2018-ci il mayın 25-də digər AXCP fəalları Aqil Məhərrəmov və Ruslan Nəsirovla eyni vaxtda saxlanılıb. Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmovla birlikdə çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunan fəallara bu il fevralın 27-də hökm oxunub. Bakı Ağır Cinayətlər Məhkəməsi Saleh Rüstəmovu 7 il 3 ay, Aqil Məhərrəmovu 4 il, Babək Həsənovu 3 il həbsə məhkum edib.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia