“24/7 Wall Street” maliyyə portalı bütün dövrlərin 100 ən yaxşı mahnısını müəyyənləşdirib. Portal bunun üçün Amerika Qeydiyyat Sənayesi Birliyinin statistikalarını və “Bilboard” jurnalının arxivini analiz edib. Nəticədə bəşəriyyət tarixinin ən yaxşı mahnısı “The Beatles” qrupunun səsləndirdiyi “Yesterday” olub. 1965-ci ildə işıq üzü görən mahnı “Billboard” çartlarında 11 həftə birinci yerdə qalıb.
Siyahının ilk beşliyi belə tamamlanır:
2
“Bridge Over Troubled Water” (1970-ci il) – Simon və Qarfunkel
3
“Rolling In the Deep” (2010-cu il) – Adel
4
“Hey Judd” (1968-ci il) – The Beatles
5
“All of Me” (2013-cü il) – Con Leqend