Şənbə, 17 Yanvar 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Donald və Melania Tramp İngiltərə kraliçasına nə hədiyyə edib?

04 İyun 2019
A A
Donald və Melania Tramp İngiltərə kraliçasına nə hədiyyə edib?

Kraliça II Yelizaveta, Donald Tramp və xanımı Melaniya Tramp. Foto: AFP / Mandel Ngan

Amerika Birləşmiş Ştatları prezidenti Donald Tramp və həyat yoldaşı Melania Tramp Böyük Britaniyada səfərdədir.

CNN səfər çərçivəsində kral ailəsinə hansı hədiyyələrin və onların necə verildiyini yazıb.

Hədiyyə seçmək prosesinə Dövlət Departamenti də cəlb olunur. Bu zaman bütün detallara fikir vermək və yüksək səviyyəli protokollara riayət etmək əsasdır. Ən yaxşı hədiyyəni tapmaq mürəkkəb məsələdir – hədiyyə şəxsi olmalı, həm də onun iki ölkə arasında və ya hədiyyəni verənlə, qəbul edən arasında bir növ tarixi ölçü rolu oynayacağı unudulmamalıdır.

Ağ Evin yaydığı məlumata görə, Tramp kraliçaya Tiffany & Co. brendindən ipəkdən hazırlanan və lalə ilə bəzənən gümüş sancaq hədiyyə edib. Sancaq qırmızı dəri ilə örtülmüş, Ağ Evə məxsus taxta lal-cəvahirat qutusunda təqdim olunub.

Kraliçanın həyat yoldaşı, şahzadə Filipə isə fərdi “Air Force One” pencəyi hədiyyə edilib. Şahzadənin digər hədiyyəsi isə məşhur amerikalı general, İkinci Dünya Müharibəsində hava qüvvələrinin komandiri olan Ceyms Dulittlın özünün imzaladığı “Bir də heç vaxt bu qədər şanslı ola bilmərəm” (I Could Never Be So Lucky Again) adlı avtobioqrafik kitabdır.

Şahzadə Filip kraliça ilə ailə qurana qədər Hava Qüvvələri marşalı da daxil olmaqla, bir sıra hərbi rütbələrə yiyələnib.

Kraliça isə Donald Trampa Uinston Çörçilin 1959-cu ildə nəşr olunmuş “İkinci Dünya müharibəsi” (The Second World War) kitabının qırmızımtıl keçi dərisi ilə cildlənmiş və qızılla bəzədilmiş nəşrini hədiyyə edib. Hədiyyəni 3 hissədən ibarət “Duofold” qələm dəsti tamamlayıb.

Bu hədiyyənin seçilməyinin səbəbi Trampın Çörçilə xüsusi hörmətinin olmağıdır. Prezident seçiləndən sonra onun ilk əmrlərindən biri Barak Obamanın dövründə “Oval Ofis”dən götürülən Çörçil büstünün yerinə qaytarılması barədə olub.

Kraliça birinci xanıma isə əl işi olan xüsusi gümüş qutu hədiyyə edib.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia