Şənbə, 24 May 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Nobel Ədəbiyyat Mükafatına layiq görülən ilk musiqiçi Bob Dilan

04 İyun 2019
A A
Nobel Ədəbiyyat Mükafatına layiq görülən ilk musiqiçi Bob Dilan

Bob Dilan. Foto: PA / Stefan Rousseau

2016-cı il Ədəbiyyat üzrə Nobel mükafatı Bob Dilana verildi. Bob Dilan 1901-ci ildən bəri verilən mükafatı alan ilk musiqiçi oldu. Rok musiqisinin 75 yaşlı əfsanəsi bu mükafatı “Amerika musiqisində yeni poetik ifadələr” yaratdığına görə qazanıb. O, yazıçı Toni Morrisondan (1993-cü il) sonra Nobel mükafatını qazanmış ilk amerikalıdır.

İsveç Akademiyasının daimi katibi Sara Danius deyib ki, Dilan 54 ildir özünü yenidən kəşf edir, davamlı olaraq yeni kimlik yaradır. Bob Dilan təqdimetmə mərasimində iştirak etməyib.

Onun yerinə mükafatı ABŞ-ın İsveçdəki səfiri Azita Raji alıb və Dilanın Nobel nitqini oxuyub:

Tez-tez özümdən soruşuram ki, mahnılarımı ədəbiyyat hesab etmək olarmı? Mən İsveç akademiyasına bu sual üzərində düşünməyə vaxt tapıb və ona belə möhtəşəm cavab verdikləri üçün minnətdarlığımı bildirirəm. Əvvəllər belə bir mükafat almaq mənimçün Aya çıxmaq ehtimalına bərabər idi

“Nobel”dən öncə Bob Dilan

Əsl adı Robert Alen Zimmerman olan Bob Dilan Rusiyadan olan yəhudi mühacirin nəvəsidir. 24 may 1941-ci ildə Minnesota ştatının Dulul şəhərində dünyaya gələn Bob 10 yaşında şeir yazmağa başlayıb. 12 yaşında isə o artıq piano və gitarada ifa edirdi. Bob yeniyetmə yaşında Minnepolis şəhərinə gəlib universitetə daxil olur, daha sonra roknrollun yaradıcılarından olan Henk Vilyams, Robert Conson və Vudi Qatrinin musiqiləri ilə tanış olur. Elə o vaxtlardan kiçik klublarda çıxış etməyə başlayır, bəzən də öz yazdığı mahnıları oxuyur. Bir qədər sonra o, univerisiteti atıb Nyu-Yorka arzularının arxasınca gedir və amerikan şairi Dilan Tomasın şərəfinə özünə Dilan ləqəbini götürür.

Bob Dilan qısa müddətdə öz musiqisi ilə folk-rock mühitində məşhurlaşır. 1962-ci ildə “Columbia records” şirkəti ilə müqavilə imzalayır. Bəstəkarlıq qabiliyyətinə bir o qədər arxayın olmasa da özünün müəllifi olduğu bəstələrindən ibarət ilk albomunu buraxır. Dilanın bəstələri insanların xoşuna gəlir.

Silsilə uğursuzluqlar

1966-cı ildə Bob avtomobil qəzasına düşür və uzun müddət ictimaiyyət qarşısına çıxmır. Ancaq yenə də studiyada işləməyə davam edir. “Nashville Skyline” albomu böyük uğursuzluğa düçar olur. Onu silsilə uğursuzluqlardan “Pat Garret and Billy the kid” filmi xilas edir. Filmin özü uğur qazanmasa da, Dilanın yazdığı “Knockin’ on Heaven’s Door” adlı mahnı görünməmiş uğur qazanır. Mahnı Amerika üzrə musiqi Top 20-liyinin zirvəsinə yüksəlir. Müğənni 1974-cü ildə ilk dəfə qastrol səfərinə çıxaraq dünyanı gəzir.

Arvadından boşandıqdan sonra dinlə maraqlanmağa başlayan Bob provaslav dindarlığa meyl edir və dini mövzulu albom buraxır. Bir müddət sonra dindən də soyuyan müğənni 1983-cü ildə Mark Nopflerlə birlikdə tamam yeni ruhda, müasir stildə “Infields” albomunu çıxardır. 1990-cı illər ərəfəsində yaradıcılığında çöküş dönəmini yaşayan musiqiçinin bu illər ərzində cəmi iki albomu çıxır.

Film və “Nobel” ilə geri qayıdan şöhrət

“I’m Not There” (Mən burda yoxam) filmi onun ulduzunun yenidən parlamasına səbəb olur. 2007-ci ildə çəkilmiş yarı-sənədli filmdə Keyt Blanşet, Kristian Beyl, Riçard Gir kimi ulduzlar rol alıb. Bob Dilanı Keyt Blanşet canlandırıb. Filmin musiqisi Bob Dilanın özünə məxsusdur.

2016-cı ildə Nobel mükfatı alandan sonra “Amazon”da onun “Xronikalar və lirika 1961-2012” kitabının satışı bir günün içində 209 minə çatıb. Kitab satış siyahısında 15690-cı yerdən 278-ci yerə yüksəlib. Bobun albomlarının satışı da eyni sürətlə artıb, belə ki, müəllifin ən məşhur hitlərindən ibarət albomu bir neçə günün içində 25 ən çox satılan CD arasında birinci yerə çıxıb.

  • Yazı müxtəlif mənbələrdən toplanıb.
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025
Bəylər Eyyubovun qardaşının 4 ölkədə 60 milyonluq mülkləri və biznes fəaliyyəti – ARAŞDIRMA
Araşdırma

Bəylər Eyyubovun qardaşının 4 ölkədə 60 milyonluq mülkləri və biznes fəaliyyəti – ARAŞDIRMA

10 Mart 2025
Frank Peloniyə qarşı aksiya keçirən QHT-lər Azərbaycan hökumətindən 3 il ərzində 124 min manatdan çox qrant alıblar
Detallı

Frank Peloniyə qarşı aksiya keçirən QHT-lər Azərbaycan hökumətindən 3 il ərzində 124 min manatdan çox qrant alıblar

18 Noyabr 2024
Azərbaycan hökumətinin yeni propaqanda maşını: ANEWZ – 11 milyon manata yaranan televiziya
Detallı

Azərbaycan hökumətinin yeni propaqanda maşını: ANEWZ – 11 milyon manata yaranan televiziya

12 Noyabr 2024
Dövlət büdcəsi hesabına “SeaBreeze” üçün 4 milyon 700 min manata yol çəkilib
Detallı

Dövlət büdcəsi hesabına “SeaBreeze” üçün 4 milyon 700 min manata yol çəkilib

11 Noyabr 2024
Ərkivan qəsəbəsində sakinlər evlərinin yanında tır parkı salınmasından narazıdır
Xəbər

Ərkivan qəsəbəsində sakinlər evlərinin yanında tır parkı salınmasından narazıdır

09 Noyabr 2024

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia