Cümə, 5 Dekabr 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Culian Assancın həbsxanadan fotoları yayılıb

07 İyun 2019
A A
Culian Assancın həbsxanadan fotoları yayılıb

Culian Assancın həbsxanada çəkilmiş şəkillərindən biri. Foto: Just giving

“Wikileaks”in yaradıcısı Culian Assancın Belmarş həbsxanasında çəkilmiş fotoları yayılıb.

Fotoları həbsxanadakı məhkumlardan biri qeyri-qanuni yolla əldə etdiyi mobil telefonla çəkib. İlk olaraq “Gateway Pundit” saytının yayımladığı fotolarda Assancın saçları yenə qısadır və çəkisi azalıb.

Foto: Just Giving

Saytda qeyd olunur ki, fotolar Assancın səhhəti pisləşmədən əvvəl çəkilib. Məhkumların onu sevdiyi və hörmət etdiyi də bildirilir.

Şəkilləri çəkən məhkum “Gateway Pundit” saytına deyib ki, bu fotolara görə ona yerli qəzetlərin birindən külli miqdarda pul təklif olunsa da qəbul etməyib. Məhkumun sözlərinə görə, onun məqsədi pul qazanmaq yox, Assancın vəziyyəti barədə insanları məlumatlandırmaqdır.

Yayılan fotoların əksəriyyətinin üzərində Assanc üçün maliyyə yardımı toplayan fondun onlayn adresi qeyd olunub. Foto: Just Giving

Assanc hazırda müalicə müəssisəsindədir və gün ərzində ona 500-dən çox məktub gəldiyi deyilir.

NOS telekanalının yaydığı məlumata görə, hazırda ABŞ Ədliyyə Nazirliyi Culian Assanca qarşı yeni ittihamlar hazırlayır. Bildirilib ki, əvvəllər Assancın ən yaxın adamlarından biri olan, daha sonra Federal Təhlükəsizlik Bürosu (FTB) ilə əməkdaşlıq edən Siqurdur Tordarson əsas şahid qismində prosesə cəlb edilib.

Nə baş verib: Ötən həftə 47 yaşlı Assancın səhhəti pisləşib və o, həbsxananın müalicə müəssisəsinə köçürülüb. Vəkilləri onun əqli vəziyyətinin də yaxşı olmadığını bildiriblər. Səhhətinə görə Assanc mayın 31-ində baş tutan məhkəmə iclasında iştirak edə bilməyib. Məhkəmə dinləməsi iyunun 14-nə təxirə salınıb.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia