Qazaxıstanda dünən keçirilən prezident seçkilərinin ilkin nəticələri açıqlanıb.
Reuters yazır ki, Qoqhamdiq Pikir İnstitutunun keçirdiyi “exit-poll” nəticələrinə görə Qazaxıstanın aralıq dövr prezidenti Kasım-Jomart Tokayev səslərin 70,13 faizini toplayıb.
2005-ci ildən bəri müxalifətdən ilk namizəd olan Amirzhan Kosanov isə 15,39 faiz səs yığa bilib.
Qazaxıstanda nə baş verib: Seçki günü ölkəni etiraz aksiyaları bürüyüb. Təkcə Almaatı şəhərində 100-dək aksiyaçı saxlanılıb. Paytaxt Astanada da bir o qədər etirazçının saxlanıldığı təxmin edilir. Saxlananlar arasında jurnalistlər də olub, amma daha sonra onların bir qismi buraxılıb.