Bazar ertəsi, 15 Dekabr 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Peskov deyir ki, prokurorluq Qolunov işində qanun pozuntusu olub-olmadığını araşdırır

10 İyun 2019
A A
Peskov deyir ki, prokurorluq Qolunov işində qanun pozuntusu olub-olmadığını araşdırır

Dmitri Peskov. Foto: Sputnik / Nataliya Seliverstova

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Latviyada fəaliyyət göstərən rusdilli media “Meduza”nın əməkdaşı, araşdırmaçı jurnalist İvan Qolunovun həbsi ilə bağlı sualları cavablandırıb.

Sputnik yazır ki, Peskov Baş Prokurorluq və Daxili İşlər Nazirliyi daxilindəki qurumların haqqında ev həbsi qərarı verilən İvan Qolunovun işində qanun pozuntusu olub-olmadığını araşdırdığını deyib.

İ.Qolunovun evində aparılan axtarışa dair yayımlanan dosyedə səhvən başqa bir narkotik əməliyyatda ələ keçirilən fotoların yer alması (daha sonra bu fotolar saytdan çıxarılıb) Daxili İşlər Nazirliyinə olan etimadı sarsıda bilər?

Bu baş verməməli idi, məsələ ilə bağlı mütləq açıqlama verilməlidir. Səhv mümkündür, işləyənlər insandır. Heç bir yerdə xəta ehtimalı gözardı edilməməlidir. Səhvlər ola bilər. Jurnalistlər də yazı yazarkən səhv edə bilərlər. Əsas odur ki, gələcəkdə təkrarlanmaması üçün bu səhvlərin necə baş verdiyi izah olunsun.

Hazırda məsələ Rusiya prezidenti Vladimir Putinin köməkçisi Anton Kobyakovun nəzarəti altındadır?

Bəli, məsələni nəzarəti altına alacaq. Yenə deyirəm, məsələni detallı formada, bütün nüansları ilə təqib edirik. Bu məsələdə qanun pozuntusunun olub-olmadığının üzə çıxarılması isə Baş Prokurorluq və nazirlik daxilindəki qurumların işidir.

Məsələ ilə bağlı Putin nə vaxt məlumatlandırılıb?

7 iyunda, prezident Sent Peterburqda olarkən məlumatlandırılıb. Ona bu məsələnin çox böyük səs-küy yaratdığı deyilib.

Nə baş verib: Meduzanın araşdırmaçı jurnalisti İvan Qolunov 6 iyunda saxlanılıb. Saxlanılan zaman ona qarşı təzyiq olsa da hələ də ekspertiza aparılmayıb. Polislərin iddiasını görə jurnalist narkotik satan zaman həbs edilib. Nikulinskiy məhkəməsi İvan Qolunov barədə ittiham irəli sürüb. Jurnalist narkotik maddələri hazırlamaq və satmaqda ittiham edilir. İttiham təsdiqini taparsa, İvan Qolunovu 10 ildən 20 ilə qədər həbs cəzası gözləyir.

Rusiya İnsan Haqları Şurasının sədri Mixail Fedotov qeyd edib ki, korrupsiya ilə bağlı araşdırmalarına görə tanınan Qolunov jurnalistika fəaliyyətinə görə saxlanılıb.

Meduza nə deyir: Redaksiya əmindir ki, jurnalist peşə fəaliyyətinə görə həbs edilib.

İvan nə yazırdı:

  • Rusiyada cənazə biznesi: Məmurlar, cinayətkarlar və hüquq mühafizə orqanları milyardları necə bölür?
  • “Qara kreditorlar”: 5 il ərzind+ə Moskva və ətrafında borcluların 500-dən çox mənzili necə ələ keçirilib?
  • Moskva 6 milyon ton zibildən necə təmizlənəcək?
“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia